Modern.az

Abel Məhərrəmov Koyuncuoğlunun getməsindən təəssüflənib

Abel Məhərrəmov Koyuncuoğlunun getməsindən təəssüflənib

Təhsil

30 İyun 2011, 16:09

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu ilə görüşüb. Görüşdə məlum olub ki, müşavirin diplomatik missiyası başa çatır və yaxın günlərdə Azərbaycanı tərk edəcək.

2008-ci ildən ölkəmizə təhsil müşaviri olaraq təyin olunan Halis Koyuncuoğlunun fəaliyyətini yüksək qiymətləndirən rektor Abel Məhərrəmov bu illər ərzində BDU ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib.

BDU-dan Modern.az-a verilən məlumata görə, Halis Koyuncuoğlu hər iki tərəfin səyləri nəticəsində BDU-da təhsil alan türk tələblərə yaradılmış şəraitdən məmnun olduğunu bildirib və problemlərinin həlli üçün göstərilən xüsusi diqqətə görə rektor Abel Məhərrəmova təşəkkür edib.

Halis Koyuncuoğlunun Azərbaycandan getməsi xəbərini təəssüflə qarşıladığını deyən akademik Abel Məhərrəmov onun Azərbaycandakı fəaliyyəti ilə əlaqədar olaraq müvafiq strukturlara BDU-nun adından təşəkkür məktublarının göndəriləcəyini bildirib.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı