Modern.az

Lənkəranda zəlzələ olub

Lənkəranda zəlzələ olub

Təhsil

18 İyun 2013, 08:18


Ötən gecə Lənkəranda 3,5 bal gücündə zəlzələ baş verib. Modern.az xəbər verir ki, Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar iyunun 18-də saat 04:34-də Lənkərandan 24 km qərbdə qeydə alınıb.

Zəlzələ Lənkəranda 3.0 bala qədər, episentrə yaxın yaşayış məntəqələrində isə 3.0-2.0 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, tikililərdə dağıntı olmayıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı