Modern.az

Polkovnik Xədicə İsmayılın küçə süpürməsinə etiraz etdi

Polkovnik Xədicə İsmayılın küçə süpürməsinə etiraz etdi

Təhsil

11 İyul 2013, 11:56

Azərbaycan Ordusunun axtarışda olan polkovniki İsa Sadıqov jurnalist Xədicə İsmayılın müdafiəsinə qalxıb. Modern.az-ın məlumatına görə, polkovnik Azərbaycanda xanım jurnalistin aşağılanaraq küçə süpürməsinə etiraz edib, bu barədə yaşadığı ölkənin - Norveçin mətbu orqanlarına məlumat verəcəyini deyib:

“Xədicə xanım biz sizinləyik. Bu ədalətsizliyi bütün dünya görsün. Bu əməllərinə görə cavab verəcəklər. Norveçin mətbu orqanları da bunu işıqlandıracaq. Ar olsun bu insanlara!”.

Qeyd edək ki, jurnalist Xədicə İsmayıl “İsmayıllıya dəstək” aksiyasında iştirakına görə məhkəmənin qərarı ilə 400 manat cərimələnib. Cəriməni ödəməkdən imtina edən xanım jurnalist 220 saatlıq icbari əməyə cəlb olunaraq paytaxt küçələrini süpürəcək.

Anar RÜSTƏMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı