Modern.az

İlham Əliyev Litvaya gedib

İlham Əliyev Litvaya gedib

Təhsil

28 Noyabr 2013, 16:32


Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına işgüzar səfərə gedib. Modern.az AzərTAc-a isyinadən xəbər verir ki, Azərbaycanın  dövlət başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşılayıblar.

Noyabrın 28-29-da Vilnüsdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət başçılarının görüşü keçirilir.
Vilnüs görüşündə Aİ üzvü olan 29 ölkənin rəhbərləri, habelə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın hökumət başçıları və nazirlər iştirak edirlər. İkigünlük görüşdə 34 ölkənin hökumət başçıları və nazirlər Şərq tərəfdaşlığı proqramının inkişaf etdirilməsi problemlərini müzakirə edəcək, onun gələcəyini planlaşdıracaqlar.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı