Modern.az

Yanukoviç infarkt keçirib, vəziyyəti ağırdır

Yanukoviç infarkt keçirib, vəziyyəti ağırdır

تحصیلات

7 Mart 2014, 09:33

İnternetdə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin ağır vəziyyətdə olduğu haqda informasiya yayılıb. Modern.az saytının xəbərinə görə, “Moskovski komsomolets” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Yanukoviç ağır vəziyyətdə Moskvadakı tibb müəssisələrindən birinə yerləşdirilib. Qəzet onu da yazıb ki, eks-prezident infarkt keçirib. “Vəziyyəti olduqca ağır qiymətləndirilir. Amma məlumatı rəsmi mənbələr hələ ki təsdiqləmirlər”, - qəzetdəki materialda qeyd edilib.

Bundan əvvəl bəzi Ukrayna KİV-i Yanukoviçin artıq həyatda olmadığı haqda məlumat yaymışdı. Məlum olduğu kimi, keçmiş prezident son dəfə sağ vəziyyətdə fevralın 28-də Rostovda keçirilən mətbuat konfransında görünüb.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı