Ukrayna təhlükəsizlik xidmətinin keçmiş rəisi Aleksandr Yakimenko barəsində həbs qərarı verilib.
Məlumatı UNİAN agentliyi xidmətin hazırkı rəisi Valentin Nalivayçenkoya istinadən yayıb.“Cənab Yakimenko ifadə verməyə gəlməlidir. Əlimizdə onun məcburi gətirilməsi, məhkəməyə aparılması və həbsinə sanksiya var”, - o, deyib.
Təhlükəsizlik xidmətinin hazırkı rəisinin sözlərinə görə, Aleksandr Yakimenko ötən ilin dekabrı, eləcə də, bu ilin yanvar və fevralında Rusiya Federal Təhlükəsizlik Xidməti üçün Ukrayna ərasizində komanda məntəqələrinin kimin göstərişi ilə yaradıldığını izah etməlidir. Rusiyalı generallar Ukraynada məhz həmin məntəqələrə gəliblər və dinc sakinlərə qarşı “antiterror əməliyyatları” orada hazırlanıb. / Musavat.com /
Modern.az