Modern.az

Milli Məclisin nümayəndə heyəti Avstriyaya gedir

Milli Məclisin nümayəndə heyəti Avstriyaya gedir

Təhsil

8 Aprel 2014, 11:05


Modern.az xəbər verir ki, Milli Məclisin nümayəndə heyətinin üzvləri parlamentarilərin, hakimlərin və prokurorların korrupsiyanın qarşısının alınmasında məhsuldarlığını artırmaq: İki ildə meydana çıxan cərəyanlara dair AŞPA-nın Korrupsiya Əleyhinə Dövlət Qrupunun (GRECO) 4-cü dövr dəyərləndirmələri üzrə konfransında iştirak etmək üçün aprelin 9-dan -12-dək Vyanada (Avstiya) səfərdə olacaqlar.

Səfərdə iştirak edəcək nümayəndə heyətinin üzvü, millət vəkili Çingiz Qənizadə konfrans haqqında danışıb: ”Azərbaycan nümayəndə heyətinin bu cür tədbirlərdə iştirakını müsbət dəyərləndirirəm, ölkə prezidenti cənab İlham Əliyevin rüşvət və korrupsiyaya qarşı ortaya qoyduğu siyasi mövqeyinin həyata keçirilməsində beynəlxalq təcrübədən yararlanmaq da vacib şərtlərdən biridir. Onu da qeyd edim ki, rüşvət və korrupsiyaya qarşı mübarizə təkcə inzibati metodlar, həbslərlə həyata keçirilə bilməz. Bununla yanaşı rüşvət və korrupsiyanı yaradan səbəblər və şərait də aradan qaldırılmalıdır. Ölkəmizdə ASAN Xidmətin yaradılması, “Elektron məhkəmə” informasiya sisteminə keçid bunun bariz nümunəsidir”, - deyə millət vəkili vurğulayıb.

Korrupsiyaya qarşı mübarizəyə həsr olunan beynəlxalq konfransda Milli Məclisin nümayəndə heyəti ilə yanaşı, Baş Prokurorluğun nümayəndələri, Avropa Şurası Baş katibinin müavini, Avropa İttifaqının Daxili İşlər komissarı, səkkiz ölkənin ədliyyə naziri, bir ölkənin ali məhkəməsinin sədri və digər səlahiyyətli təşkilatların rəsmiləri iştirak edəcək.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı