Modern.az

İqtisad Universitetində “Tələbə rektor” - YENİLİK

İqtisad Universitetində “Tələbə rektor” - YENİLİK

Təhsil

17 Aprel 2014, 10:49

Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihəyə start verilib. Layihə “Tələbə rektor” adlanır. Layihə çərçivəsində səsvermə yolu ilə seçilmiş tələbə bir iş günü ərzində ADİU-nun rektoru ilə birgə onun fəaliyyətini icra edəcək.

Bu barədə Modern.az-a ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin ümümi yığıncağında tələbələrə layihə haqda məlumat verilib. “Tələbə rektor” vəzifəsinə beş namizəd seçilib.

Aprelin 25-də rektorun və “tələbə rektor”un birgə iş günü təşkil olunacaq. İş günü ərzində bütün məsələlər birgə müzakirə olunacaq və müvafiq qərarlar birgə qəbul ediləcək.

Layihənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafıdır.

Qeyd edək ki, layihə ayda bir dəfə həyata keçiriləcək.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Dövlət İqtisad Universitetində rektor dəyişikliyi baş verib, Şəmsəddin Hacıyev vəzifədən çıxarılıb, onun yerinə Ədalət Muradov təyin edilib.



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı