Modern.az

ABŞ səfiri: “Krımdan sonra Dağlıq Qarabağ probleminin həlli vacibdir”

ABŞ səfiri: “Krımdan sonra Dağlıq Qarabağ probleminin həlli vacibdir”

Eğitim

23 Aprel 2014, 11:38


“Ukrayna hadisələri və Krımın işğalı onu göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması zəruridir”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, Cənubi Qafqazda əsas münaqişə ocağı Dağlıq Qarabağ konfliktidir. Səfirin sözlərinə görə başda Dağlıq Qarabağ münaqişəsi olmaqla regiondakı konfliktlərin həlli bölgəyə müsbət perspektivlər vəd edir.

  Qeyd edək ki, Rusiyanın Krımı işğal etməsindən sonra Kremlin Dağlıq Qarabağ kartından özünün məqsədləri üçün yararlanacağı haqqında şərhlər verilirdi. Ekspertlər hesab edirlər ki, rəsmi Moskva Dağlıq Qarabağı da Krım presdentindən yararlanmaqla özünə birləşdirmək niyyətindədir.   Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı