Modern.az

Zakir Həsənov NATO generalını qəbul edib

Zakir Həsənov NATO generalını qəbul edib

Təhsil

7 May 2014, 14:49

Mayın 7-də Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messenceri Qaraheybət Təlim Mərkəzində qəbul edib.
Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimini izləyən qonağı salamlayan müdafiə naziri Azərbaycanla NATO arasında mövcud vəziyyəti və regionda baş verən hərbi-siyasi prosesləri müzakirə ediblər.
General-leytenant Q.Messencer qiymətləndirmə təlimində iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin yüksək peşəkarlığı və hazırlığından məmnun qaldığını xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı