Modern.az

Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Təhsil

22 May 2014, 10:12

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Salyan rayonunda keçirəcəyi vətəndaşları  qəbul gününün tarixi dəyişdirilərək, mayın 30-dan mayın 29-na keçirilib.

S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Salyan rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi),  (021) 255-22-87 (Salyan rayon ƏSMM),  (021) 263-32-10 (Neftçala rayon ƏSMM), (025) 295-00-35 (Biləsuvar rayon ƏSMM), (026) 384-35-88 (Cəbrayıl rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. 

Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Salyan rayonuna aparılıb gətirilmələri təmin olunacaqdır.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı