
Ukraynanın baş prokurorluğu keçmiş ədliyyə nazirləri Aleksandr Lavrinoviç və Yelena Lukaşı büdcə vəsaiti israfçılığında şübhəli hesab edir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 2012-ci ildə Ədliyyə Nazirliyi insan haqları üzrə Avropa Məhkəməsində olan “Timoşenko Ukraynanın əleyhinə” işinə görə xarici hüquqşünasların xidmətinə 95 min qrivna sərf edib.
2013-cü ildə isə həmin xidmət haqqına 8,6 milyon qrivna gedib. Lukaş vəzifəsindən çıxarılan zaman bununla bağlı sənəd də təqdim edib. Bu fakt üzrə mayın 20-də Ukrayna Baş Prokurorluğunda Lavrinoviç və Lukaşla bağlı cinayət işi açılıb.