Modern.az

Bu gün ali məktəblərə qeydiyyat başa çatır

Bu gün ali məktəblərə qeydiyyat başa çatır

Təhsil

22 Avqust 2014, 10:05

Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatır. Qeydiyyat prosesi avqustun 8-də başlayıb. Hələlik ali məktəblərə qəbul olan 33690 nəfərdən 32107-si qeydiyyatdan keçib. 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Misranə Həsənzadə

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı