Modern.az

Suriyadan ABŞ-a ŞOK TƏKLİF

Suriyadan ABŞ-a ŞOK TƏKLİF

Education

26 Avqust 2014, 09:19


Suriya xarici işlər naziri Valid Muallim “İslam Dövləti” (əvvəlki adı İŞİD) adlı terrorçu qruplaşma ilə birgə mübarizə üçün ABŞ-a səslənib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya xarici siyasət idarəsinin rəhbəri rəsmi Vaşinqtona İŞİD bazalarını bombalamaq üçün koordinasiyalı birgə fəaliyyət göstərmək təklifi edib.

Valid Muallim terrorizmə qarşı mübarizə üçün ABŞ-dan başqabeynəlxalq aləmə də müraciət edib. Amma o Suriya hakimiyyətinin şərtlərini də açıqlayıb:

“Biz ABŞ və Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığa hazırıq. Amma əməkdaşlığın ciddi olmasından və ikili standartların olmamasında əmin olmalıyıq.  Suriyanın suverenliyinin təhdid olunarsa, bu işğalçılıqdır”.

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı