
Türkiyənin yeni - 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. Modern.az saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, parlamentdə keçirilən andiçmə mərasimində bir çox ölkələrin prezidentləri və hökumət başçıları, xarici işlər nazirləri iştirak ediblər.
Mərasimdə Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edib.
Andiçmə mərasimindən sonra Türkiyənin dövlət himni səslənib və 101 dəfə yaylım atəşi açılıb. Bunun ardından Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Mavzoleyini ziyarətə gedib.
Modern.az