
Bu gecə Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək. Modern.az saytı xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu İtaliyada güclü “İnter”in qonağı olacaq.
Bu qrupda Fransanın “Sent Etyen” klubu öz meydanında Ukrayna “Dnepr”i ilə qarşılaşacaq.
“İnter” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Oyun Azərbaycan və İtaliya telekanalları ilə yanaşı, Rusiya TV-sində də canlı yayımla nümayiş etdiriləcək.
Modern.az