Modern.az

Bakıda dəhşətli tıxac - Heydər Əliyev prospekti 3 saatdır tutulub

Bakıda dəhşətli tıxac - Heydər Əliyev prospekti 3 saatdır tutulub

Təhsil

9 Oktyabr 2014, 21:47

Modern.az saytı xəbər verir ki, bu saatlarda Bakının Heydər Əliyev prospektində dəhşətli avtomobil tıxacı yaşanır. Heydər Əliyev prospektində “Şəfa” stadionunun yanından başlayaraq “Koroğlu” metrostansiyası ərazisindəki dairə də daxil aeroport yoluna doğru uzun bir tıxac yaranıb. Şahidlərin əməkdaşımıza verdiyi məlumata görə, saat 19.00 radələrindən yaranmış tıxac bu saatlarda da davam edir. Tıxaca düşmüş avtomobillərin sürücüləri addım-addım irəliləməyə, bəzən də dəqiqələrlə gözləməyə məcburdurlar.




Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı