Modern.az

Qadın özüylə evləndi

Qadın özüylə evləndi

Təhsil

10 Oktyabr 2014, 10:34


6 ildir həyatının eşqini axtardığını və tapa bilmədiyini ifadə edən ingilis qadın hər kəsi təəccübləndirən bir qərar verdi və özüylə evləndi.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşındakı Qreys Qelder, normal toylardan fərqləməyən bir mərasimlə dünya evinə girib. Qelderin toyunda əskik olan tək şey həyat yoldaşının olmaması idi. Dostlarının iştirak etdiyi mərasim üçün üzük və paltar belə alan Qelder ona yönələn  təəccüblü baxışlar arasında özüylə evləndi.

Londondakı bir parkda özünə evlənmə təklif etdiyini açıqlayan Qelder, İngiltərənin “Guardian” qəzetinə verdiyi açıqlamada: "Bu toyda dostlarımla xüsusi bir hadisəni paylaşdıq. 50 yaşında bir dostumun bu mərasimin həyatında qatıldığı ən yaxşı toy olduğunu söyləməsi məni sevindirdi” deyib.

     

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı