Türkiyənin Şırnak vilayətində PKK terror təşkilatında qaçan 8 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Silopi bölgəsindəki Habur sərhəd məntəqəsində terrorçular dövlətə təslim olduğunu bildirib.
Qeyd edək ki, bununla Türkiyə dövlətinə təslim olan PKK-çıların sayı 459-a yüksəlib.Modern.az