Modern.az

Məmurlar “Xocalı uşaqları”na problemlər yaşadırlar

Məmurlar “Xocalı uşaqları”na problemlər yaşadırlar

Eğitim

10 Dekabr 2014, 23:30

İki ildən artıqdır Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşaq (İndi onların ən kiçiyinin 23 yaşı var-Red) barədə cəmiyyətə messjlar verilir, onların sosial problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarına müraciətlər edilir.

Modern.az-ın gündəmə gətirdiyi bu məsələ millət vəkilləri Fuad Muradov və Rövşən Rzayev tərəfindən həm Milli Məclisdə, həm də müvafiq dövlət strukturları qarşısında qaldırılıb.

1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə ermənilərin xalqımıza qarşı törətdikləri Xocalı Soyqırımında bu insanlar ömürlük valideyn qayğısından məhrum oldular. Təbii ki, heç bir maddi və mənəvi qüvvə  həmin insanlara valideyni əvəzləyəcək bir şey verməyəcək. 

Ancaq düşünmək olardı ki, heç olmasa həmin “25-lər” sosial problemlərdən müəyyən mənada uzaq olacaqlar. Nə yazıqlar ki, olmadı.

Hazırda “25-lər”in 10-u mənzil sarıdan ciddi çətinliklərlə üz-üzədirlər.

Elə bu gün redaksiyamızın qonağı olan o “25-lər”dən biri Xəzangül Əmirova kimi.

Xəzangül Əmirova Bakının Nərimanov rayonunda kirayədə yaşayır. Kirayə üçün ayda 300 manat verir. Üstəlik öhdəsində azyaşlı bir uşaq var. Özü isə gözəllik salonunda çalışır.

Ay ərzində aldığı məvacib kirayə pulunu zorla ödəyir.

Tək Xəzangül Əmirova deyil. “25-lər”-in çoxu bu gündədir. Üstəlik nəzərə alsaq ki, bu “25-lər” məcburi köçkündürlər.

Demək ən azından onlara Bakıərtafı ərazilərdə məcburi köçkünlər üçün salınan qəsəbələrdə mənzil vermək olardı. Amma Xocalı İcra Hakimiyyətinin laqeyidliyi nəticəsində bu insanlar hələ də dözülməz şəraitdə yaşayırlar

Onsuz da bu “25-lər”ə dünyanı versən belə, onların qırılan həyatları düzələsi, ata, ana qayğısından məhrum uşaqlıqları güləsi, acı taleləri şəkər olası deyil.

Onlara olan olub və bəlkə də dünyanın ən ağır dərdini bu “25-lər” çəkir. Bəs, məmurlar niyə o insanlara sosial problem yaşadırlar. Doğrudanmı, “25-lər”in taleləri necə deyərlər məmurların tükünü belə tərpətmir. 

Nə zaman xarici ölkələrdən redaksiyamıza jurnalistlər qonaq gəlib, “25-lər” barədə onlara məlumat vermişik. Xocalı Soyqırımını onlara çatdırmağın ən qısa və ən təsirli məqamı “25-lər”i hesab etmişik.

Bilirsiniz, nə deyirdilər xarici jurnalistlər: Şübhə etmirik ki, onları başınızın üzərində saxlayırsınız. Biz  isə  “hə” demişik... Düzünü deməmişik.

Azərbaycan dövlətinin iqtisadi imkanları var.

Dövlətimiz hər zaman belə məsələlərə həssas yanaşır. Və bu problemi həll etmək o qədər də böyük vəsait tələb etmir.  

İndi Azərbaycan Prezident, Heydər Əliyev Fondu Xocalı Soyqırımının dünya çapında tanıdılması üçün böyük səylər göstərir.

“Xocalıya Ədalət” kampaniyası bütün dünyada səs salıb.

Bir zamanlar dünyanın, həm də elə özümüzün yaddaşında ermənilər tərəfindən dağıdılmış, viran edilmiş şəkildə təsəvvür olunan  Xocalı şəhəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılan “Xocalıya Ədalət” kampaniyası nəticəsində özünə qayıdır, dirilir, dünya artıq bunun təsirindən Xocalıya ədalət istəyir.

Daxildə isə... Görünür bizim məmurlara bunlar hələ də çatmır.

Gərək daş olasan ki, o “25-lər”ə biganə qalasan.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı