Modern.az

Eldar İbrahimov yeni qanun layihəsinin mahiyyətindən DANIŞDI

Eldar İbrahimov yeni qanun layihəsinin mahiyyətindən DANIŞDI

Təhsil

25 Dekabr 2014, 16:47


Milli Məclisin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti” haqqında qanun layihəsi müzakirə edilib.

Modern.az saytının məlumatına görə qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov çıxış edib.   Deputat bildirib ki, aqrar sahədə informasiya-məsləhət xidmətinin tətbiqi zəruridir. Onun sözlərinə görə kənd təsərrüfatında işləyənlər fərdi sahibkarlar kimi çıxış edirlər.

“Buna görə də onların arasında əlaqə yaradılması vacibdir. Bununla onlar bir-biri ilə informasiya mübadiləsi apara bilərlər”,-deyə Eldar İbrahimov bildirib.  

Komitə sədri fermerlərin, sahibkarların kimdənsə məsləhət almasının lazım olduğunu diqqətə çatdırıb. “Mal-qaraya kimsə iynəni necə vurmağı bilmir. Buna görə də onların kimdənsə məsləhət alması lazımdır. Bu qanun layihəsində də belə məsələlər öz əksini tapıb”.  

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı