Türk Hava Yolları martın 15-dən etibarən Sabiha Gökçen hava limanından Bakıya səfərlər təşkil edəcək.
Modern.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu haqda Türk Hava Yollarının Mətbuat Müşavirliyindən verilən məlumata görə Türk Hava Yolları Qafqazda Tiflisdən sonra Azərbaycanın paytaxtı Bakıya da Sabiha Gökçen Beynəlxalq hava limanından uçuş imkanı təmin edə bilər.
Sərnişinlər həftənin 7 günü ərzində qarşılıqlı şəkildə aparılacaq Sabiha Gökçen-Bakı səfərlərində bütün vergilər daxil olmaqla gediş-dönüş 275 avrodan başlayan ödənişlərlə səyahət edə biləcək.
Şahin Qocayev