Modern.az

Obama: “Suriyadakı müxalifəti dəstəkləməkdə davam edəcəyik”

Obama: “Suriyadakı müxalifəti dəstəkləməkdə davam edəcəyik”

Eğitim

25 Fevral 2015, 10:10


ABŞ prezidenti Barak Obama Suriya münaqişəsinin həll edilməsi ilə bağlı danışıb.

Modern.az saytının  xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Barak Obama bildirib ki, Bəşər Əsəd hakimiyyətdən gedəcəyi təqdirdə Suriya sülhə qovuşacaq.

Ağ Ev rəhbəri qeyd edib ki, Suriya prezidenti Bəşər Əsəd iqtidardan getməyincə, bu ölkədə firəvanlıq olmayacaq. Onun sözlərinə görə ABŞ Suriyadakı konstruktiv müxalifəti dəstəkləməkdə davam edəcək.

Qeyd edək ki, Barak Obama Qətər Əmiri Şeyx Təmim Bin Həmid Əl-Tani ilə görüşdən sonra Ağ Evdə keçirilən mətbuat konfransında bu açıqlamaları verib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı