Modern.az

8 Martda 3 rayonda su olmayacaq

8 Martda 3 rayonda su olmayacaq

Education

7 Mart 2015, 16:20


Nəsimi rayonu ərazisində (C.Məmmədquluzadə küçəsi) 700 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi, Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə Modern.az-a məlumatı “Azərsu”dan verilib.

Verilən xəbərdə bildirilir ki, təmir işləri ilə əlaqədar 24 saat ərzində bu ərazilərə suyun verilməsi dayandırılacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı