Azərbaycanın tanınmış prodüserinin evindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, avqustun 17-də Roland Bayramovun evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Masazır qəsəbə sakini Aysel Abdullayeva tutulub.
APA-nın xəbərinə görə, R. Bayramov prodüserliklə məşğul olur.