Modern.az

Ərdoğan Praqada Paşinyana bu mesajları VERƏCƏK

Ərdoğan Praqada Paşinyana bu mesajları VERƏCƏK

Qərbi Azərbaycan

4 Oktyabr 2022, 11:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Praqaya yola düşür. Ərdoğan Avropa Siyasi Birliyi liderlərinin oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada görüşəcək sammitində iştirak edəcək.

Modern.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Türkiyə lideri sammitdə qeyri-qanuni miqrasiya, enerji böhranı və terrorla mübarizə ilə bağlı fikirlərini çatdıracaq. Toplantıda Rusiya-Ukrayna müharibəsinin də geniş müzakirə olunacağı bildirilir.


Prezident Ərdoğan Praqada Ermənistanın baş naziri Paşinyanla da görüşəcək.
 

Prezident Ərdoğanın Paşinyana bəzi mesajlar verəcəyi gözlənilir ki, xüsusi nümayəndələr arasında danışıqlar üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda növbə ilə aparılmalıdır, regionda gərginliyin daha da artmaması üçün təxribatlara yol verilməməlidir və yekun sülh əldə olunmalı, Azərbaycanla müqavilə imzalanmalıdır.

Ərdoğan Paşinyana II Qarabağ müharibəsinə son qoyan 10 noyabr razılaşmasında nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin ən qısa zamanda fəaliyyətə başlamasının vacibliyi barədə də mesaj verəcək.

Prezident Ərdoğanın digər liderlə də ikitərəfli görüşləri nəzərdə tutulub.

Avropa Siyasi Birliyinin liderləri oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada görüşəcək.


Sammitdə Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə də dəvət olunub. Dəvət məktublarını Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin müddətli prezidenti Petr Fiala imzalayıblar.


Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və İngiltərə sammitə dəvət alıb.


Avropa Siyasi Birliyinin sammitini keçirmək ideyası Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb.

İdeya siyasi dialoqu və əməkdaşlığı gücləndirməklə ümumi maraqları həll etmək, bununla da Avropada təhlükəsizliyi, sabitliyi və rifahı artırmaq məqsəd daşıyır.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü