Modern.az

37 ölkənin iştirakı ilə Bakıda olimpiada keçiriləcək

37 ölkənin iştirakı ilə Bakıda olimpiada keçiriləcək

4 Sentyabr 2009, 16:54

Modern.az saytı xəbər verir ki, bü gün Gənclər və İdman Nazirliyində 8 ayın yekunlarına dair mətbuat konfransı keçirilib. Konfransda iştirak edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu il ilk dəfə olaraq Oğuz, Qazax, Göygöl və s. regionlarda yay universitetləri təşkil olunub: “Yay universitetlərində 1000-ə yaxın gənc iştirak edib. Əsas görüşlər maarifləndirici xarakter daşıyıb. 150 gəncimiz ötən 8 ayda müxtəlif xarakterli beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. QHT-lərin 23 layihəsi  nazirlik tərəfindən maliyyələşdirilib. “İRƏLİ” İctimai Birliyi 1000 nəfər gəncin iştirakı ilə kompüter bilikləri ilə bağlı müxtəlif düşərgələr təşkil edib. 8 ay ərzində nazirlikdə müxtəlif layihələr qeydiyyatdan keçib. Bu il GUAM ölkələri gənclərinin forumu keçirilib. 2010-2011-ci il gənclər forumunun ev sahibliyi Azərbaycana məxsusdur. Yaltada Azərbaycan səfirliyi ilə Dünya Türk Gənclərinin Qurultayı olub. 35 ölkənin iştirakı ilə Bakıda Avropa Şurasının yay məktəbi keçirilib. Iqtisadiyyat Universiteti ilə Kariyera Mərkəzi adlı layihəmiz 3 ildir davam edir. Artıq 1000 gənc işlə təmin olunub”.
Nazir qeyd edib ki, qarşıdan gələn aylarda müxtəlif universitetləri təmsil edən Tələbə Gənclər təşkilatlarının ilk konfransı keçiriləcək: “Ilk dəfə olaraq Azərbaycanda Tələbə Gənclər təşkilatlarının ümumrespublika sədri seçiləcək. 37 ölkənin iştirakı ilə ilk dəfə Bakıda fizika, kimya, biologiya fənnlərindən olimpiada təşkil olunacaq. Kuba, Misir, Küveytlə beynəlxalq əməkdaşlıq haqda müqavilələr imzalanacağı gözlənir”.

 Kəmalə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi