Modern.az

“Söhrab Tahir güneylə cənubu birləşdirən şair idi”

“Söhrab Tahir güneylə cənubu birləşdirən şair idi”

5 May 2016, 18:37


Azərbaycanın Xalq Şairi Söhrab Tahir bu gün son mənzilə yola salınıb. Xalq şairi ilə vida mərasimi Təzə Pir məscidində keçirilib.

Mərhumla dost olmuş xalq Şairi Fikrət Qoca Modern.az-a şairlə bağlı təəssüratlarını bölüşüb. Onu ədəbiyyatımızın bütöv bir hissəsi adlandırıb:

“Ona görə bütöv deyirəm ki, bütöv Azərbaycanı  təmsil edirdi- həm güneyi, həm də quzeyi. Söhrab Tahirə baxanda cənubu, cənubdan baxanda simalı görürdük. Araz bizi nə qədər ayırırdısa, Söhrab Tahir bizi o qədər birləşdirirdi. Bu ayrılığı yüngülləşdirirdi. Gözəl şair idi. Onunla tələbəlik illərində çox yoldaşlıq etmişəm. Məmməd Araz onun ən yaxın dostu idi. Hər zaman bir yerdə olurduq. Onlar bütöv Azərbaycan kimi bir birlərinə bağlı idilər. Araz çayı onların arasında axmırdı. Hər ikisinə Allah rəhmət eləsin. Onlar bizim qəlbimizdə yaşayacaq. Söhrab Tahiri heç kim əvəz edə bilməz.
Ədəbiyyat heç vaxt yetim qalmır. Bizim böyük tariximiz var. 12-ci əsrdə Nizamini yetişdirən xalq ona qədər gör nə qədər şairlər yetişdirib. Biz hamımız gəlmişik, gedəcəyik, ədəbiyyatımız daim yaşayacaq”.

Millət vəkili Aqil Abbas deyir ki, Söhrab Tahir Azərbaycan ədəbiyyatının nadir incisi idi:

“Söhrab Tahirin Azərbaycan ədəbiyyatında böyük yeri var, onu heç kim əvəz edə bilməz. Azərbaycanın böyük şairləri Səməd Vurğun, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə və bu sırada Söhrab Tahirində yeri var. Söhrab Tahir Azərbaycanın inqilabçı şairidir. Söhrab Tahir bütün ömrü boyu güneyli azərbaycanlıların müstəqilliyi uğrunda vuruşan və yazan şair idi.

Mənim qollarımı iynə sap edin,
Tikin Astarını bir birinə...

Bunu ancaq Söhrab deyə bilərdi. Söhrab Tahirin yerini heç kim əvəz edə bilməz. Mən uşaq vaxtı elə bilirdim ki, Söhrab Tahir Məmməd Arazın qardaşıdır. Onlar çox yaxın dost idilər. Onlar bir eldə yaşamış, bir-birinə dayaq olan insanlar olub. Onun ölüm xəbərini eşidib çox pis oldum. Cəbhə bölgəsində olduğum üçün dəfn mərasimində iştirak edə bilmədim”.

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü