Modern.az

Qulu Məhərrəmli Dilçilik İnstitutu ilə xudahafizləşdi

Qulu Məhərrəmli Dilçilik İnstitutu ilə xudahafizləşdi

Ədəbi̇yyat

6 İyun 2016, 16:35

İyunun 6-da AMEA-nın Nəsimi adına Dilçilik institutunda professor Qulu Məhərrəmlinin bu elm ocağının Elmi Şurası ve kollektivi ilə xudahafizləşməsi mərasimi olub.
Modern.az xəbər verir ki, bu münasibətlə düzənlənmiş toplantını açan institutun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu institutundakı səmərəli elmi fəaliyyətinə, dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramının reallaşdırılması üçün gördüyü dəyərli işlərə görə Q.Məhərrəmliyə təşəkkür edib.

Toplantıda çıxış edən Elmi Şura üzvləri, tanınmış dilçi alimlərdən professorlar Sayalı Sadıqova, Məsud Mahmudov, İsmayıl Məmmədov, İlham Tahirov, Nəriman Seyidəliyev, filologiya elmləri doktorları Mayıl Əsgərov, İdris Abbasov, institutun direktor müavini, dosent Baba Məhərrəmov, həmçinin Monitorinq şöbəsinin əməkdaşları dosentler Sevinc Əliyeva, Şahlar Məmmedov, Rasim Heydərov, Türkologiya şöbəsinin əməkdaşı, dosent Təranə Şükürova və başqaları Dövlət Proqramının müddəalarının yerinə yetirilməsində Q.Məhərrəmlinin rəhbərlik etdiyi Monitorinq şöbəsinin işini yüksək qiymətləndirıblər.

 Xüsusən davamlı monitorinqlərin aparılmasını və institutda “qaynar xətt”in işə düşməsini ciddi nailiyyət sayan alimlər qeyd ediblər ki, Q.Məhərrəmlinin ölkənin tanınmış media xadimi və dilçi alim kimi bu elm ocağına nüfuz qazandırması danılmazdır.

“Ona görə də biz bu miqyasda alimin institutdan getmək qərarına çox təəssüflənirik”, deyən alimlər Q.Məhərrəmlinin televiziyaların vəziyyəti ilə bağlı verdiyi müsahibəyə görə əsassız olaraq məhkəmələrə cəlb edilməsinə, olmadığı halda bu müsahibədə təhqir axtarılmasına da münasibət bildirərək bunu bütün ölkə üçün biabırçılıq adlandırıblar. Bu prosesdə institutut əməkdaşlarından bəd niyyətlə istifadə etmək cəhdlərini də pisləyən kollektiv üzvləri bütün vicdanlı insanların, o cümlədən dilçi alimlərin, mütəxəssıslərin haqqın yanında olduqlarını bildiriblər.

Toplantıda çıxış edən professor Qulu Məhərrəmli əməyinə yüksək qiymət verdiklərinə görə institut rəhbərliyinə və elm ocağının kollektivinə minnətdarlığını bildirib. O, jurnalistika işi ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşqul olacağı, eyni zamanda hazırda geniş nüfuz qazanmaqda olan “Azleks” elektron lüğətlər toplusunun rəhbərlərindən biri kimi dilçilik sahəsində fəaliyyətini davam etdirəcəyi barədə məlumat verıb.

“Mən həmişə özümü bu kollektivin üzvü hesab etmişəm” deyən professor dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramının reallaşdırılması üçün həmişə həmkarlarının yanlnda olacağınl deyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü