Modern.az

Mirşahin od PÜSKÜRDÜ: "Əgər başları yoxdursa..."

Mirşahin od PÜSKÜRDÜ: "Əgər başları yoxdursa..."

Media

9 İyun 2016, 12:19

 

ANS-in vitse-prezidenti Mirşahin Ağayev həyat yoldaşının telekanaldan ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

 

“Qafqazinfo”ya açıqlamasında M. Ağayev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

 

“O məlumatı yayan mənbə hansı tula, hansı köpək, hansı itdirsə, yəqin ki, öz sahibinin əmrini icra edir. “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, şirkətin baş direktoru Mirşahin Ağayev və onun ailəsi arasında guya hansısa narazılıqların olması barədə yanlış məlumatlar yaymaqla ölkənin ən nüfuzlu infomasiya strukturlarından birinin ətrafında mənfi əhval-ruhiyyə yaratmaq istəyirlər. Səbinə Heydərova hazırda analıq məzuniyyətindədir.

 

Doğrudur, o, bir müddət efirdə “Baş xəbər” verilişinin aparıcısı oldu, amma sonradan ailə vəziyyəti ilə əlaqədar analıq məzuniyyətini bərpa etmək qərarına gəldi.

 

Bu gün də analıq məzuniyyətindədir. Vahid Mustafayevlə hər hansı bir mübahisənin olmasına gəlincə, o, “ANS” Şirkətlər Qrupunun prezidentidir, onunla yalnız yaradıcılıq mövzusunda müzakirə və mübahisə etmək olar.

 

Digər bütün hallarda isə onun əmrləri müzakirə olunmur, icra olunur. Səbinə Heydərova da “ANS”ın çoxsaylı kollektivinin adi üzvlərindən biridir”.

Vitse-prezident sözügedən məlumatı yayan bütün saytları məhkəməyə verəcəklərini qeyd edib:

 

““ANS”in əməkdaşları və rəhbərliyi haqda qeyd edilən məlumatı yayan bütün saytlar qanun qarşısında cavab verəcəklər. Bu gün Hüquq Departamentinə yoxlanmamış məlumatlar yayan saytlarla bağlı məhkəməyə müraciət etmək barədə tapşırıq verilib.

 

Bir daha Kütləvi İnformasiya Vasitələrindən tələb edirəm ki, “ANS” haqda yaydıqları məlumatlarda ehtiyatlı olsunlar. Çünki onlar qanun qarşısında başları ilə cavab verəcəklər. Əgər başları yoxdursa, düşünmək üçün özlərində başqa bir orqan axtarsınlar”.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü