Modern.az

Jurnalistlər niyə güzəştli “putyovka” ala bilmirlər? - JuHİ-dən AÇIQLAMA

Jurnalistlər niyə güzəştli “putyovka” ala bilmirlər? - JuHİ-dən AÇIQLAMA

Media

12 İyul 2016, 13:54

“Bizim Juralistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü deyil. Ona görə də, konfederasiyadan güzəştli və ya ödənişsiz istirahət üçün yollayış vərəqəsindən yararlana bilmirik”.

Bu barədə Modern.az-a açıqlamasında  Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

O, bildirib ki, əgər jurnalistlər Həmkarlar İttifaqları Konfederasiyasının yollayış vərəqələrindən güzəştli və ödənişsiz istifadə etmək istıyirlərsə, ora üzv olmalıdırlar:

“Jurnalistər istirahət üçün yollayış vərəqələrindən istifadə etmək istəyirlərsə, redaksiya şəklində Həmkarlar İttifaqları Konfederasiyasının mədəniyyət işçilərinin sahə həmkarlarının tərkibinə üzv olmalıdırlar. Yəni istənilən sayt və ya redaksiya ilkin həmkalar təşkilatı yaradaraq, bu imtiyazlardan yararlana bilər”.

M.Ələsgərli deyib ki, KİV nümayəndələrindən yollayış vərəqələri ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqına çoxlu müraciətlər daxil olur.

“Bizə jurnalistər tərəfindən bununla bağlı çoxlu müraciətlər olur. Biz də qaydalara uyğun olaraq onları Həmkarlar İttifaqları Konfederasiyasına yönləndiririk.

Amma isatənilən halda gərək mütləq konfederasiyanın mədəniyyət işçilərinin sahə həmkarlarının tərkibinə qatılasan. Bundan sonra pulsuz və ya güzəştli şərtlərlə istirahət üçün yollayış vərəqəsi əldə etmək olar”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü