Modern.az

Tulaya olmasa da Kislovodska “samovar” aparmalısan...  

Tulaya olmasa da Kislovodska “samovar” aparmalısan...   

2 Avqust 2016, 10:03

Akif Cabbarlı

 

“Olur , olur, belə işlər də olur” silsiləsindən

 

Yaşlı və orta nəslin nümayəndələri - Sovetlər birliyi dövrünün oğlanları- yəqin ki, o illərdə həmkarlar ittifaqı xətti ilə, eləcə də sərbəst şəkildə, öz hesablarına Moskvada, Riqada, Ukrayna və Moldovada, Şimali Qafqazda, Uralda, Baykal ətrafında və digər gəzməli-görməli yerlərdə necə istirahət etdiklərini, gözəl və üzüyola sarısaçlılarla unudulmaz günlər keçirdiklərini çox güman ki, hələ də unutmayıblar və həmin görüşləri nostalji hisslərlə xatırlayır, nə vaxtsa təkrarlanacağı ümidi ilə yaşayırlar. Amma bir məsəl də var ki,axar sudan yalnız bircə dəfə keçmək olur. Və bu kişilərin vaxtı ilə yazdığı tarixi indi onların uşaqları təkrarlayır – özü də tamam başqa üslubda,  yeni forma və metodlarla.

 

Sözümün canı başqadır. O illərin ab-havasını yaşayanlar yəqin ki, “Tulaya samovarla getməzlər” qanadlı ifadəsini yaddan çıxartmayıblar. Xatırladaq ki, Rusiya Federasiyasının Tula şəhəri lap qədimlərdən silah-sursat və samovar istehsalı ilə məşhur olub. Tulaya gedən müsafirlərin özləri ilə bu uzaq yerə əziyyət çəkib somavar aparması təbii ki, absurd saylırdı və heç vaxt müşahidəçilər belə bir fakt qeydə almamışdılar. Bu cümlənin analoji yozumu da belə idi ki, özünə güvənən imkanlı və hörmətli kişilər çox vaxt kurorta doğmaca,halal-hümbət arvadları ilə getməzdilər. Tulaya yollanan kəsin samovara ehtiyacı olmadığı kimi, istirahətə, müalicə adı ilə ... ovuna gedən soydaşlarımız xanımlarının və övladlarının könülsüz razılığı ilə kurort şəhərlərinə uçan təyyarəyə yalnız bircə bilet alardılar. Bir illik ağır və əzablı əməyin qarşılığında canındakı yorğunluğu, stressi çıxarmaq niyyətinin qarşısına isə vəfalı və evdar xanımlar heç vaxt sipər çəkməzdilər. Mental xüsusiyyətlər, şərqli xarakteri abır-həyalı, ismətli qadınlara heç vaxt bu fikrə düşməyə imkan verməzdi.

Yaxından tanıdığım və bu günədək hörmət bəslədiyim həmkarlarımdan biri hər yay kurorta “somavar”sız gedirdi. Amma səfərlərinin birində başına gələn bir əhvalat “samovarsız” keçirdiyi günlərin ləzzətini burnundan elə gətirib ki, sözlə deyiləsi deyil.

- Ötən yay, işdən təkadamlıq göndəriş alıb yollandım Kislovodska. “Moskva” sanatoriyasında məni gülərüzlə qarşıladılar – dostumrastlaşdığı əhvalatı bu cür nağıl edir - axşamı özümü verdim rəqs salonuna. Elə təzəcə girmişdim ki, sarı saçları çiyninə tökülmüş bir alagöz xanım mənə yaxınlaşıb rəqsə dəvət elədi. Fürsət idi, gecəni tək keçirəsi deyildim ki... Doyunca oynadıq, ləzginkadan (ləzgihəngi - A.C) tutmuş çastuşkaya qədər müxtəlif ritmli rəqslərin dadını çıxardıq. Sonra sanatoriyanın yarımqaranlıq barında bir ləzzətli “ujin”  elədik, adama yüz əlli-iki yüz qram araq da gillətdik. Xanımın özünü ağırtaxtalı aparması çox xoşuma gəldi. Özümdə güc tapıb onu nömrəmə dəvət elədim. Naz-qəmzə ilə də olsa razılıq verdi. Nə isə...

 

Səhəri gün adəti üzrə sübh tezdən oyandım. Daha doğrusu, hamamdan eşidilən suyun səsinə gözlərimi açdım. Idman paltarını əynimə keçrib yüngülcə gimnastika eləyirdim ki, hamamın qapısı açıldı və içəridən yaşlı bir qadın – lap qarıya oxşayırdı – çıxdı. Axşam mənimlə gələn xanıma heç cür bənzəmirdi. Fikirkləşdim ki, xanım yəqin mən yuxuda olarkən  öz otagına qayıdıb, bu isə xidmətçidir, səhər-səhər məni oyatmağa qıymayıb, özündəki açarla otağı açıb, yır-yığış edib, hamamı qaydaya salıb. Bu münasibətlə ona minnətdarlıq üçün ağzımı açmaq istəyirdim ki qarı üstümə şığıyıb, “Tolik, dobroye utro, moy milıy” – deyib o üzümdən-buüzümdən kompres əvəzi öpüşlər götürdü. Dərhal səsindən anladım ki,  bu, axşam görüşdüyüm və bütün gecəni birgə keçirdiyim Svetlana Mixaylovnadır ki, durub.

 

Birtəhər özümü ələ alıb arvadın üzünə diqqət elədim. Qırış-qırış sifəti, gözlərinin altındakı  qapqara torbacıqlar, iri qulaqlar, bomboz, at dodağını xatırladan dodaqlar ürəyimi bulandırdı. Axşamkı bəzəkli, pudralı-kraskalı xanımın yerində əcaib,monstrı xatırladan bir varlıq dayanmışdı. Bəli-bəli, hamamda yuyunub çıxmışdı, mənimlə rastlaşmasaydı beş-on dəqiqəyə özünə əl gəzdirib yenə makiyajlı maniken obrazına girəcəkdi bu üzdəniraq Sveta. İmkan vermədim, qapını açdım bir təhət dilə tutub otağına yola saldım. Əlbəttə boş əllə yox – nardan, heyvadan qoydum, bir araq verdim – dedim qoy millətimizin adı batmasın. Axşama görüş verdim, razılaşdı, getdi.

 

Mən isə, qardaş, arvadımın telefonunu yığıb əsl artistlik elədim. Dedim ki, arvad, tez-tələsik yollan aeroporta, orada dostum var, səni təcili Minvoda  yola salsın. Çox darıxıram, tək qala bilməyəcəyəm, özünü tez yetir bura, əzizim.

Bəli dostum doğma “samovar” ı olmadan keçinə bilməyəcəyini axır ki, dərk edə bilmişdi...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü