Modern.az

İşçilərin hüquqlarının qorunmasında YENİLİK: Referendum aktına ŞƏRH  

İşçilərin hüquqlarının qorunmasında YENİLİK: Referendum aktına ŞƏRH   

Hadisə

31 Avqust 2016, 16:08

 

Sentyabrın 26-da Konstitusiyaya dəyişiklik edilməsi üçün ümumxalq səsverməsi (referendum) keçiriləcək. Konstitusiyaya edilən növbəti dəyişikliklərdən biri  daha çox işçilərin sosial müdafiəsinə yönəlib. Söhbət lokaut anlayışından gedir.

 

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında Konstitutsiyaya ediləcək yenilikdən danışıb.  

 

Lokaut anlayışı yeni deyil

 

O deyib ki, Əmək Məcəlləsində belə bir fəsil var.

 

“Kollektiv əmək mübahisələrinin həlli məqsədi ilə təhsil hüququnun həyata keçirilməsi. Əmək Məcəlləsinin  284-cü maddəsində işəgötürənin lokaut elan etmək və bu hüququn məhdudlaşdırılmasından bəhs edilir. Qeyd edilir ki, işəgötürən aşağıdakı hallarda işçiləri Həmkarlar İttifaqı təşkilatlarına, müvafiq icra hakimiyyəti orqanlarına ən azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə müəssisəni bağlayacağı barədə  lokaut elan edə bilər. Özəl sektorda olan müssisələrdən söhbət gedir. Bunun dövlət sektoruna aidiyyatı yoxdur.

 

İşəgötürən qarşısında qoyulan kollektiv tələblərinin  yerinə yetirilməsi, onun istehsalat, maliyyə, iqtisadi və digər imkanları açıq-aşkar nümunə olmalıdır. Yəni, işçi  əmək haqqının elə həddə qaldırılmasını tələb edə bilər ki, müəssisənin nə büdcəsi, nə də dövriyyəsi buna imkan verər”.

 

Nə vaxt Lokout qadağan edilə bilər?

 

Ə. Nuriyev bildirib ki,  bu, Konstitusiyanın 36-cı maddəsinə ediləcək dəyişiklikdə öz əksini tapıb.

 

“Konstitsiyaya dəyişikliklərdən biri də lokautun elan olunmasının qanunla müəyyən edilmiş qaydada qadağan edilməsidir. İlk növbədə, maddələrin birində göstərilir ki, intizam və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitutsiyanın bu maddəsi beynəlxalq müqavilələrə  uyğun olaraq tətbiq edilir. Həmçinin, bir sıra yeni sosial müddəalar nəzərdə tutulur. Belə ki, Konstitusiyanın 36-cı maddəsinə daxil edilməsi təklif edilən yeni norma qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edilməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, əmək qanunvericiliyinə əsasən lokaut kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi, işə götürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz, əsassız təkliflərin qarşısını almaq məqsədi ilə onu və ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqətti dayandırılması barədə elandır.

 

İkinci hal odur ki, işəgötürən lokaut elan etməzdən əvvəl işçilərlə, Həmkarlar Təşkilatları ilə danışıq aparmalıdır. Tətilin dayandırılması üçün bütün imkanlardan istifadə etməlidir. Əsas hallar aradan qaldırılmadıqda işçilərə edilən xəbərdarlıq bitdikdən sonra işəgötürən lokaut elan edərək müəssisəni müvəqqəti bağlaya bilər.

 

Hansı müəssisələrdə lokaut elan edilə bilməz?

 

Ekspertin sözlərinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla hər hansı müəssisə tərəfindən lokaut edilə bilməz.

 

“Dövlət mülkiyyətində olan və mülkiyyətin yarısından çoxunda dövlətin payı olan müəssisələrdə işəgötürən tərəfindən lokautun elan edilməsi qadağandır. Eyni zamanda, lokautun qanunla aradan qaldırılması və işəgötürənin məsuliyyətə cəlb edilməsindən bəhs edilir. Orada bəhs olunur ki, işçilər müraciət əsasında lokautun qanunauyğun elan edilməsi, əsaslandırılması məsələsinə məhkəmə tərəfindən baxılır.

 

Referendum aktında təklif olunur ki, yalnız qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokaut qadağan edilib. Konstitusiyaya bu müddəanın daxil edilməsi işçilərin əmək və təhsil hüquqlarının əhəmiyyətli hüquqi təminatlarından biri olmaqla həmin hüquqların əsassız məhdudlaşdırılmasının qarşısını almağa yönəlib. Beynəlxalq Əmək Təşkilatının Konvensiyasına tamamilə uyğundur. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla hər hansı müəssisə tərəfindən lokaut edilə bilməz. Müəssisəni dayandırıb kütləvi surətdə işçiləri çıxartmaq olmaz”.

 

Lokaut-işçilərin müdafiəsinə yönəlib

 

Onun, belə bir müddəanın ancaq işçilərin xeyrinə olacağı barədə də fikirlərini bölüşüb.

 

“Bu, işçilərin, əməkçilərin  xeyrinə olan bir müddəadır. İşçilərin sosial müdafiəsinin konstitusion təminatına yönəlib. İşçilərə fayda verən, onların hüquqlarının etibarlı şəkildə qorunmasından əlavə, konstitusion təminatlar sistemidir”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı