Bir neçə gün sonra məktəblər açılır. Məktəblərin açılması ilə bir çox məsələ önə çıxır. Bəzi valideynlər məktəbə ilk addımların atan şagirdlər üçün məktəb ləvazimatları ilə yanaşı övladlarının müəllimlərinə gül buketi də alırlar. Bəs gül bazarında vəziyyət necədir? Qiymətlər gül alanların üzünü güldürə bilirmi?
Modern.az məsələni araşdırmaq üçün paytaxtın gül salonlarında olub və vəziyyət ilə əyani şəkildə tanış olub.
Paytaxtın Nəsimi rayonunda yerləşən “Gülüm” gül salonunun florist İlqar bəyin sözlərinə görə, topdansatış qiymətlərində 40-50 qəpik artım olur, ancaq biz bunu satış qiymətlərinə əlavə etmirik. “Onsuzda müştərilərin sayı azdır, qiymətləri artırsaq ümumiyyətlə azalacaq. Biz gülləri xaricdən özümüz gətiririk. Gülləri əsasən Hollandiya və Ekvadordan gətiririk. Dolların qiyməti bahalaşdığı üçün güllər bizim üzərimizə əvvəlkindən daha baha başa gəlir. Müştərilərimiz bizim üçün önəmli olduğu üçün onları düşünərək qiymətləri bahalaşdırmırıq. Devalvasiyadan sonra toy üçün sifariş edilən gül buketlərin sayında da müəyyən qədər azalma müşahidə edildi. Əvvəllər daha bahalı buketlərə üstünlük verilirdi, indi isə nisbətən ucuz güllərdən ibarət buketlərə üstünlük verilirdi. Toy, nişan üçün buketlər 40-50 manatdan başlayır 500-600 manata qədər olur. Qarşıdan məktəb mövsümü gəlir. Bununla əlaqəli də valideynlər indidən buketlərin qiymətləri ilə maraqlanırlar. Qiymətlərimiz münasibdir. Məktəblilər üçün gül buketlərimiz 10 manatdan başlayır”.
Mağazada bu il birinci sinfə gedəcək övladı üçün gül buketləri ilə maraqlanan Günay Məmmədova bildirib ki, hər qiymətə gül buketi var. Qiymətlər normaldı.
“Oğlum bu il birinci sinfə gedəcək. İstəyirəm ki, yaxşı nə varsa onun üçün edim, ancaq ölkəmizdə baş verən böhranla bağlı çətinlik çəkirik. 20 manatlıq gül buketi xoşuma gəldi. Yəqin ki, ayın 15-i üçün onu sifariş edəcəm”.
Nərimanov metro stansiyasının yaxınlığında yerləşən gül salonlarından birinin sahibi olan Anar Mehdiyev bildirib ki, hər sahədə olduğu kimi gül bazarında da vəziyyət acınacaqlıdır.
“Gül alanların sayı azalıb. Ərzağın qiyməti artıb, hər şey od qiymətinədir, heç kimə gül lazım deyil. Güllərin qiymətində heç bir bahalaşma yoxdur, bununla yanaşı heç gül alan da yoxdu. Keçən il bu vaxtlardan valideynlər sentyabrın 15 üçün gül buketləri sifariş edirdilər. İndi heç gülün qiyməti ilə maraqlanan yoxdur. Satdığımız güllər əsasən xarici güllərdir, yerli güllər tez solur. Dollar günü-gündən bahalaşır, demək olar ki, ziyana işləyirik. Qiymətləri bahalaşdırmağa da qorxuruq ki, müştərilər ümumiyyətlə qaçacaq. Keçən il toy üçün gül buketləri sifariş verənlər xeyli idi. İndi isə elə bil heç toy eləmirlər. Sifariş verəndə də ən ucuz güllərdən buket istəyirlər. Keçən il 101 qızıl güldən ibarət gül buketləri verənlərin sayı çox idi. İndi isə nəinki 101 hətta birlikdə 10 gül alan yoxdu. Ən çox gül satışı 8 martda olur. Bu il dibçəkdə olan güllərin qiyməti bahalaşıb. Keçən il 10 manata olan dibçəyin qiyməti 15 manat olub”.
Modern.az “Gülüm” gül salonundakı güllərin qiymətini təqdim edir.
Gülün adı | Qiyməti( AZN) |
Qızılgül | 3-4 manat arası |
Kala | 4-6 manat arası |
Çobanyastığı | 1-2 manat arası |
Liliya | 8,10,12,15 manat |
Astra-Meya | 3 manat |
Dartenziya | 12-15 manat arası |
Qerbera | 2 manat |
Pion | 8,10,15,25 manat arası |
Astra | 1-2 manat |
Herustomo | 4 manat |
Qərənfil | 0.30-0.40 manat arası |
Qafar Ağayev
Mirmahmud Kazımoğlu
Yerevanda “Qələbə” mitinqi keçiriləcək
Ceyhun Bayramov təhsil naziri təyin olundu
Tanınmış jurnalist ürəyindən əməliyyat edildi
Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”
Deputat vətəndaşları qəbul etdi
MTN generallarına hökm oxundu - YENİLƏNİB
Azərbaycan əhalisi siyahıya alınır - Komitə siyahıyaalma qrupları yaradıb
Pulsuz müayinə olunanların sayı açıqlandı
Ermənistanda yeni toqquşmalar- 5 polis yaralandı
Eks-namizədlər hakim komandadakı dəyişikliyə belə qiymət verdilər...
Abituriyentlərin “Azərbaycan dili” fənnindən imtahan nəticələri açıqlandı
Prezident onlara fəxri adlar verdi - SİYAHI
Nikol Paşinyan azadlığa buraxıldı
Ermənistan rəhbərliyi təcili iclasa toplaşdı - FOTO
Yeni nazir 3 əsas fəaliyyət prinsipini açıqladı
Zahid Oruc: “Boşalan deputat yerlərinə seçki keçirilə bilər”
Əli Həsənov ABŞ Dövlət Departamentinə etiraz etdi
“Müflisləşmə və iflas haqqında" qanunda DƏYİŞİKLİK
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi - YENİLƏNİB
"Bakcell" "Formula-1"lə əlaqədar 4G şəbəkə tutumunu artırdı
“500 kiloqram pomidor yığanın hesabatla məşğul olmağa vaxtı yoxdur” – Deputatdan TƏNQİD
Ermənistanda yeni həbslər – 37 nəfər saxlanıldı
“Sarkisyan Putindən razılıq alsa qan tökəcək, almasa, tökülən qanda özü batacaq” - ŞƏRH
ABŞ Qüdsdə səfirliyini bu tarixdə AÇACAQ
Kremldən Ermənistandakı hadislərə REAKSİYA
Deputat mühasibləri hədəfə aldı
Azərbaycan İstiqlal Muzeyinin eksponatları UNEC-də: “Cümhuriyyət 100”
Ramiz Mehdiyev İnam Kərimovu nazirliyə təqdim etdi - FOTOLAR
Milli Məclisin keçmiş sədr müavini: “Onun təyinatına çox şad oldum”
Yeni qatar sərnişinlərin ixtiyarına verildi - FOTOLAR
Energetika nazirinin yeni köməkçisi təyin olundu
Bakıda qanunsuz silah-sursat AŞKARLANDI
Sabiq nazirlərdən hökumətdəki dəyişikliklərə REAKSİYA: “Onu yaxşı tanıyıram”
Şirvanda su sayğaclarını oğurlayan dəstə tutuldu
Şərh yaz