Modern.az

Jurnalistin apellyasiya şikayətinə baxıldı

Jurnalistin apellyasiya şikayətinə baxıldı

Media

14 Sentyabr 2016, 15:26

Bakı Apellyasiya Məhkəməsində hakimi Əflatun Qasımovun sədrliyi ilə jurnalist Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan əvəz edilməsindən imtina olunması haqqında Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat evrib.

Vəkil deyib ki, apellyasiya şikayəti təmin olunmayıb:

“Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Bu qanunsuz qərardan Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Daxili İşlər Nazirliyinin "Jam.az" saytının baş redaktoru Fikrət Fəraməzoğlunun həbsi ilə bağlı yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu "Jam.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib:

"Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb".
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü