Modern.az

Azərbaycanda referendum təşviqatı sabah başa çatır

Azərbaycanda referendum təşviqatı sabah başa çatır

Hadisə

24 Sentyabr 2016, 10:32

Azərbaycanda referendumqabağı təşviqatın müddəti sabah - sentyabrın 25-i başa çatır.

 

Modern.az-ın xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.

 

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.

 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə alıb. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarıdır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü