Modern.az

Sevinc Osmanqızı Bakıya qayıdır

Sevinc Osmanqızı Bakıya qayıdır

Media

8 Oktyabr 2016, 09:10

Uzun müddətdir ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Sevinc Osmanqızı Azərbaycana qayıtmağa hazırlaşır. Bu barədə Modern.az-a jurnalistin özü xəbər verib.

S.Osmanqızı deyib ki, atası Osman Mirzəyevin də həlak olduğu Qarakənd faciəsinin 25 illiyində iştirak etmək üçün gələn ay Azərbaycana gəlməyi planlaşdırır.

Xatırladaq ki, 1991-ci il noyabrın 20-də  Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 

20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Həlak olanlardan biri də Osman Mirzəyev olub.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü