25 iyul 2017, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - Nemət Pənahlı: “Allahşükür Paşazadə allahsız rejimə xidmət edib” - MÜSAHİBƏ
Nemət Pənahlı: “Allahşükür Paşazadə allahsız rejimə xidmət edib” - MÜSAHİBƏ
11.10.2016, 15:45

“Əzraillə çilingağac oynamışam”

 “Qəbrimi qazmışdılar, AXC hökuməti isə məni zəhərləmişdi”

 

Modern.az saytı “Siyasətçi və din” rubrikasına davam edir. Budəfəki həmsöhbətimiz, milli azadlıq hərəkatının fəallarından olmuş, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıdır. Onunla müsahibəni təqdim edirik:

-Mürəkkəb situasiyanın yaratdığı labirintli məqamlarda ölkədə xalq hərəkatına rəhbərlik edənlərdən biri olmusunuz. O zamankı mücadiləniz sizə dindar olmağı aşılamışdı, yoxsa uşaqlığınızdan ibadət əhli olmusunuz?

-Dindar olmağım mənim ailəmdən gəlir. Babalarım ruhani olub. Bizim ailədə ibadət etməyən insan olmayıb. Mən də 15-16 yaşımdan etibarən namaz qılıb, oruc tuturam. Təsəvvür edin, sovet rejimi zamanında insanlara “Allahsız vəsiqələri” paylayırdılar. Mənim babalarım isə bunu qəbul etməyiblər, əvəzində isə onları sürgünlərə göndəriblər. Biz dinimizə, Allahımıza sadiq olmuşuq. Heç zaman dinə, Allaha qarşı çıxmamışıq. 70 il ərzində bizim ailədə içki olmayıb. Evimizə bir tikə də haram gəlməyib. Biz ailədə 8 övlad olmuşuq. Atam hər birimizə toy edib, amma heç birində spirtli içki olmayıb.

Əslində bizim SSRİ-yə qarşı mübarizəmizin özündə dinin böyük rolu olub. Çünki sovet həm də dinə qarşı idi, bizim dini dəyərləri sıradan çıxarmaq istəyirdi. Ateizmə qarşı dirənişdə bizim dini inancımızın böyük rolu olub.

-Bir insana sevdiyi, ona zövq verən şeylər qadağan olunubsa, həmin adam dəmir çərçivələri sındırıb ona qarşı getməyə çalışır. Qadağan edilən bir şeyi icra edəndə bu, insana xüsusi zövq verir. Sovet zamanında da deyirsiniz ki, qadağalar var idi. Ancaq bununla belə yəqin ki, dini ayinləri icra etməyiniz sizə böyük zövq verərdi.

-Təbii ki. Mən hələ uşaq idim. O zamanlar ateizm təbliğatı insanları faktiki olaraq şikəst etmişdi. Bir rayonda, bir kənddə barmaqla sayılacaq insanlar qalmışdı ki, dininə, Allahına bağlı, sadiq olsun. Namaz qılmaq, oruc tutmaq geriçilik, nadanlıq kimi insanlar arasında təbliğ olunurdu. Mənim doğulduğum Şərur rayonundakı 70-80 kənddə cəmi 40-50 nəfər dindar var idi. Onlar bu rayonda yığılıb bu dini yaşadırdılar. Dini təbliğat aparırdılar. Peyğəmbərin hədislərindən, Qurandan, İslam tarixindən danışırdılar. Bu şəkildə çalışırdılar ki, insanlara öz dinini yaşatsınlar.

Mənim atam aşırı dinə bağlı adam idi. O, 8 uşaq böyütdü və heç birini oxumağa qoymadı. Düzü biz özümüz də istəmirdik. Atamın təsəvvürü belə idi ki, gedib sovetin ali məktəblərində oxuyacaqsansa, dinsiz, allahsız, ateist olacaqsan. O deyirdi ki, mənə belə övlad lazım deyil.

-Ancaq içinizdə o sevgi varsa, gedib təhsil alsaydınız belə, inancınız dəyişməyəcəkdi.

-Düzdür. Amma mən tamam başqa səbəblərə görə ali təhsil almadım. Mən 5-6-cı sinifdə oxuyanda yaradıcılıqla məşğul idim. Hərdən zarafatla deyirəm ki, şair kimi fəaliyyət göstərməsəm də, şair olmuşam. Mən daha çox ədəbiyyata, şeiriyyata bağlanmışdım. Mənim əleyhdarlarım biləndə ki, şeir yazıram, əleyhimə təbliğat aparmağa başladılar. “Nemət siyasətdən əbədiyyata keçdi” deyirdilər. Ancaq tam əksi idi. Mən ədəbiyyat dərnəklərindən, şeir dərnəklərindən, dram dərnəklərindən siyasətə gəlmişəm.

-Naxçıvan camaatı dini ayinlərin icrasına xüsusi maraq göstərir. Siz də Aşura mərasimlərində zəncir vurub, sinə döyürdünüz?

-Hamısı olub. O zaman ülgüclə alın da yarırdılar. Təbii ki, mənim də başım Aşurada ülgüclə yarılıb, indi də başımda çapıqlar var. Zəncir də vurmuşam. Lakin sonradan İslam dininin daha da dərinliklərinə getmişəm. Daha çox təsəvvüf fəlsəfəsini araşdırmışam. Nəsimini, Füzulini, Əlişir Nəvaini, Mövlanəni əzbər bilirəm. Sufi fəlsəfəsi məni daha çox cəlb edib. Açığını deyim ki, etiqad olaraq şiə, Cəfəri məzhəbinə mənsub olsam da, baş yarmağı, zəncir vurmağı cəhalət sayıram. Belə şeylər bizim dinimizə ziddir. İslam bir şeyi haram buyurubsa, onu halal elan etmək olmaz. Bir dindara araq haram buyurulubsa, onu içmək olmaz.

 

Ölüm Allahı insanlara sevdirib. Ölmək məhv olmaq deyil, Allahın hüzuruna getmək deməkdir. Bu baxımdan mən bu qərara gəlmişəm ki, baş yarmaq, zəncir vurmaq cəhalətdir, rəzalətdir. Bu, İslamın evini yıxmaq deməkdir. İslam qədər elmə əsaslanan, dünya, kainat haqqında bilgi verən ikinci bir din yoxdur. Ancaq bunu xurafata, cəhalətə, nadanlığa çeviriblər. Bu cür gözəl, möhtəşəm bir dini rəzil vəziyyətə qoyublar.

Baş yarmaq, şaxsey getmək, zəncir vurmaq imamlarımızın özünə hörmətsizlikdir. Bir sadə misal çəkəcəyəm. Bəşər tarixində istənilən bir millətin qəhrəmanlığı var. Qəhrəman öləndə də, fəryad qoparır, “azadlıq” deyib hayqırır. Biz Babəkin qəhrəmanlığından danışırıq. Deyirik ki, o, kəsilmiş qollarının qanını üzünə sürtdü ki, rənginin saraldığını görməsinlər. Qəhrəmanlıq budur.

Bizdə isə mərsiyələr deyilir. Belə təsəvvür yaranır ki, imam Hüseyn Kərbəlaya mərsiyə deməyə getmişdi. Mənim üçün Kərbəla fəlsəfəsi o qədər möhtəşəm bir tarixdir ki, onu əvəzləyən ikinci biri yoxdur.

 

Bir insan tutulmaqdan, ölməkdən qorxmursa, onun övladına, ailəsinə əl atanda  sarsılar, ehtiyatlanar. Tarixdə belə təcrübələr, nümunələr çoxdur. Ancaq insan öz körpəsinin qundaqda oxlanmasına baxmayaraq, o yenə də mübarizə aparır. İmam Hüseyn ən sonda ölür. O, haqq uğrunda hər şeyi gözə alır. İmam Hüseyn Yezidlə döyüşə gedəndə öz ailəsini də aparmışdı. Bu bizə böyük bir fəlsəfə verdi.

Kərbəla fəlsəfəsi başa döyüb ağlamaq, zəncir vurmaq, baş yarmaq deyil. Kərbəla bizə o dərsi verdi ki, insan haqq uğrunda ailəsindən də, övladından da keçməlidir. Kərbəla faktiki olaraq İslam aləmini rəzalətdən, məhv olmaqdan qurtardı. Bu hadisə bəşəri bir sınaq idi ki, insan haqq yolunda  hər şeydən keçməlidir.

Cəhalətə qarşı isə ən çox din xadimləri dirənməlidir. Ancaq biz bunun əksini gördük. Bunlar hamısı öz zamanının Yezidinin nökəri olub. Bunlar indi, Müaviyənin, Yezidin əxlaqı ilə imam Hüseynə guya yas saxlayırlar. Mən buna görə də belə şeylərdən əlimi üzdüm.



-Bir az aydınlaşdıraq, konkret kimləri nəzərdə tutursunuz?

-Mən mollaları, axundları, din xadimlərini nəzərdə tuturam. Mən Allahşükür Paşazadəni nəzərdə tuturam. O, sovet zamanında allahsız rejimə xidmət edib. Halbuki şeyxdir. Gerçək din xadimlərini məhv etdilər, onun yerinə isə qırmızı mollaları yaratdılar. Bunlar vasitəsi ilə din adına insanlara cəhalət, xurafat yeridildi.

-Şeyx haqqında bu cür ittiham səsləndirirsiniz. Ancaq o da hərəkatda olmuş şəxsdir...

-Sizinlə razı deyiləm. O hərəkatda olub, amma “KQB”nin agenti kimi. Dövlət tərəfindən çıxış edib. Bizim qabağımızı topla, tankla kəsə bilmədilər. 20 Yanvardan sonra hacı Allahşükür Paşazadəni ortaya atdılar. Bizim səsimizi “Allahu-Əkbər”lə kəsməyə cəhd etdilər. Şəhidlərin dəfn mərasimini mən təşkil edirdim. Allahşükür Paşazadə nədən çıxış edib?!

-Onunla görüşləriniz olub?

-Dəfələrlə. Bir onu deyəcəyəm ki, bu adam bütün həyatı boyu SSRİ imperiyasına, onun allahsız ideologiyasına xidmət edib.

-Bayaq ölümdən danışdınız. Quranda ölüm mələyi kimi göstərilən, xalq arasında Əzrail adı ilə tanınan bir varlıq nə zamansa Nemət Pənahlının qapısını da döyübmü? Döyübsə, necə sağ qalmısınız?

-Müəyyən mərhələlərdə özümlə bağlı nəyinsə baş verəcəyindən qorxmamışam. Düşünmüşəm ki, bu yolda tutulmaq da var, öldürülmək də. Bunları adlayandan sonra isə ən çox qorxduğum şey atamın tutulması, onun təhqir edilməsi riski idi. Müəyyən dövrlərdə bu, mənim qabağımı kəsib.

Ancaq həyatı daha ətraflı başa düşdükdən sonra özümə sual etmişəm: “Nemət Pənahlı, sən övladının meyitinin üstündən keçib bu yolu gedə biləcəksənmi?!”. Bütün varlığımla “bəli” deyib yola çıxmışam. Bundan sonra da dəfələrlə Əzraillə çilingağac oynamışam. Dəfələrlə ölüm təhlükəsi ilə üzləşmişəm. Öz həyatımı göz önünə gətirəndə özüm də inanmıram ki, mən hələ yaşayıram.

Quranda bir ayə var: “Hər kəsə ki Allah kömək olsa, ona qalib gəlmək olmaz. Allah da istəsə, ondan başqa heç kim kiminsə canını ala bilməz”.

Yəni, bir insana ki, əcəl gəldi, bütün dünya yığışsa da, onu ölümdən qurtara bilməz. Bir adamın ki, əcəli gəlməyibsə, bütün dünya yığışsa, onu öldürə bilməz.

Məni də öldürmək istəyiblər. Hələ Şəhidlər Xiyabanında qəbrimi də qazıblar.

-Maraqlıdır. Hadisə necə olmuşdu?

-1990-cı ildən sonra Qarabağdan şəhidlər gəlirdi. İstisnasız olaraq bütün şəhidlərin dəfn mərasimini təşkil edirdim. Bunlar da görürdülər ki, bütün şəhidlərin dəfnində iştirak edirəm. Buna görə də, məni Şəhidlər Xiyabanında necə öldürəcəkləri ilə bağlı plan qururlar. O zaman da şayiə yaymışdılar ki, guya şəhid ailələri məni öldürmək üçün axtarırlar. Bu yalan məlumatları “KQB” yayırdı.

Deməli, bir dəfə bizə dedilər ki, 4 şəhid gətiriləcək. Biz də göstəriş verdik, qəbirlər qazıldı. Ancaq 3 şəhid cənazəsi gəldi. Biz də o 3 nəfəri dəfn etdik. 4-cü şəhidi də gözləyirdik. Ancaq onun meyiti gəlib çıxmırdı. Biz gözləyən anda qəflətən kütlənin içərisindən bir qrup şəxs mənə silahla hücum çəkdi. Guya məndən 20 Yanvarın qisasını alırdılar. Həmin anda da bir şəhid anası özünü mənim üstümə atdı və var gücü ilə bağırdı. “Mən şəhid anasıyam, Neməti “KQB” öldürmək istəyir, qoymayın!” deyə qışqırdı. O zaman 20 Yanvar yaralısı olan Arif adlı adam var idi. O da özünü mənim üstümə atdı. Var gücü ilə ““KQB Neməti öldürmək istəyir, qoymayın!” dedi. Ancaq o şəxslər məndən əl çəkmədi. Plaşımı bıçaqla cırıq-cırıq etmişdilər.

Sonra Cənubi Azərbaycandan olan Mahmud adlı biri hərbçilərin əlindən silahı aldı, atəş açdı. Onlar maşınlara minib qaçdılar. Deməli, onlar planlaşdırmışdılar ki, məni öldürsünlər və elə oradaca dəfn etsinlər.

Bir dəfə də ölüm təhlükəsi ilə üzləşmişdim. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə mən həbs edilmişdim. Mənə zəhər vermişdilər. Ciyərlərim parça-parça olacaqdı. Konkret bunu kimin təşkil etdiyini deyə bilmərəm. Amma AXC hakimiyyəti bunu təşkil etmişdi.

O zaman Əli İnsanov məni müalicə etdi. Sonradan həkimlər mənə dedi ki, zəhərlənmədən gec xəbər tutsaydım, sağalmağım mümkün olmayacaqdı.

Mən 20 Yanvar gecəsi ən qaynar nöqtələrdə olmuşam. Təsəvvür edin ki, yerdən, göydən alov yağır, 4 tərəfində insanlar öldürülür. O zaman əlimdə olan qalın buşlata güllə girmişdi. Özü də gəzən güllə. O güllə buşlatın bütün içərisini gəzmişdi, amma mən xəsarət almamışdım. Mən Türkiyədən qayıdanda Ağrı dağını keçmişəm.

Bu dağ ilin 12 ayı qar içərisində olur. Mən isə Ağrını dekabr ayında keçdim. 15 gün dağlarla gəlib Poldəştə çıxmışam. Mənim keçdiyim yoldan bəlkə 10 min adamı ötürsən, bəlkə onlardan biri sağ gəlib çıxar.

Mən dekabr ayında Naxçıvada Araz çayını keçmişəm. Paltarlarımı da torbaya yığmışdım ki, islanmasın. Özümlə kamer də götürmüşdüm ki, rahat üzüb keçim. Ancaq su soyuq idi. Kameri də su apardı. Mən isə məcbur qalıb üzüb keçdim.

Üzəndən sonra 8 saat qamışlıqda gözləmişəm ki, gəlib məni aparsınlar. Hərəkət edirdim ki, donmayım.



-Siyasətçilərdən Həccə gedənlər var. Məsələn, biri İsa Qəmbər. Siz isə həmin o adamları vaxtında ittiham etmisiniz. İttiham olubsa, deməli sizin gözünüzdə onların hansısa neqativ əməli var. Bu mənada yanaşsaq, neqativ əməlli insanların dinə gəlməsi sizdə hansı assosiasiya yaradır?

-Mən heç zaman boş-boşuna kimisə tənqid etməmişəm. İnanmadığım şeyi heç zaman dilə gətirməmişəm. Mənim əxlaq prinsipim var, dostluğu da, düşmənçiliyi də kişi kimi edirəm. Heç zaman əxlaq prinsiplərimin əksinə getməmişəm. Düşmənə qarşı da riyakarlıq etməmişəm.

İsa Qəmbərlə bağlı bir epizodu danışacağam. 1989-cu il idi, İsa bəylə yeni-yeni tanış olmuşdum. İsa Qəmbər kommunist əxlaqını, ideologiyasının öyrənmiş insan idi. Mənim onunla dini söhbətlərim olmuşdu. İsa Qəmbər ateizmi təbliğ edirdi. Mən isə dini ona təbliğ edirdim. Bizim günlərlə Allahın varlığı və yoxluğu ilə bağlı söhbətimiz oldu. Axırda İsa Qəmbər mənə dedi ki  “sən məntiqinlə məni inandırdın ki, Allah var. Mən qəbul etdim. Ancaq mənim Allahla işim yoxdur. Allahın da mənimlə işi olmasın”. İndi bu insan istəyir Həccə, istəyirsə də, başqa yerə getsin, bunun əhəmiyyəti yoxdur. Mənə onun təfəkkürü bəllidir. Adam var ki, inanmır, buna bir söz demirəm. İnandırandan sonra “mənim Allahla işim yoxdur, Allahın da mənlə işi olmasın” deyirsə, artıq deyiləcək bir söz yoxdur.

Faciə odur ki, vaxtı ilə ateistliyi təbliğ edən müəllimlər indi dindən danışır.

Bununla bağlı öz yazdığım şeiri oxuyum, siz də qulaq asın.

Sinəm dəftər,
Dilim qələm,
İlhamım gəlir dəmbədəm.
Qışda açmış qönçə güləm,
Aldı qəlbimi dərd-ələm.
Zəhər oldu bizə həyat,
Yaz-yarat könül, yaz yarat.
Pas tutdu misri qılıncı,
Yel tək gəldi, ağrı-acı.
Pul oldu başların tacı
Dinsiz, allahsız şeyx, hacı
Belə getsə yoxdur nicat,
Yaz-yarat könül, yaz yarat.

-Ateistlər də mətbuatda çıxış edirlər və məntiq və faktlarla fikirlərini əsaslandırırlar. Ateistlərə münasibətiniz loyaldır?

-Mənim dünyagörüşüm budur ki, bir insan səmimi olaraq nəyəsə inanırsa, ona hörmət edirəm. İstər ateist olsun, istərsə də faşist. Ancaq mən riyakarlığı, saxtakarlığı qəbul etmirəm. Gerçək ateistlərə hörmət edirəm.  Ən təhlükəli insanlar münafiqlərdir. İslamda ən çox lənətlənən də münafiqlərdir. Münafiqlik, riyakarlıq ateistlikdən, dinsizlikdən daha təhlükəlidir.

-Quranı oxumusunuz, bəs onu tam anlaya bilirsinizmi? Bəzi ayələr var ki, din alimləri özləri onunla bağlı müzakirə aparırlar. Sizə Quranda olan nələr çatmır?

-Şəxsən Quranı anlamaqda mənim üçün heç bir problem yoxdur. Quranı oxuyanda sanki o, məndən danışır. Sanki Allahla ünsiyyətdə oluram. Təəssüfləndiyim isə odur ki, ərəb dilini bilmirəm və buna görə də Quranı orijinaldan oxumuram. Ancaq həqiqəti axtaranda tapmaq olur. Tərcümələr onsuz da, əsas mənanı çatdırır. Quranı imanla oxuyanda o sənlə danışır. Mən Quranda elə bir şeyə rast gəlməmişəm ki, elmi inkar etsin. Elə bir şeyə rast gəlməmişəm ki, insanlığa zərəri olsun. İslamda elmə, insanlığa zidd zərrə qədər bir şey yoxdur. Quran ilahi kəlamdır və İslam möhtəşəm bir dindir. Bunlar insan təfəkkürünün fövqündədir. İslam dini Allahla bəndə arasında olan vasitəçiləri aradan qaldırdı.

-Səhv etmirəmsə, Həcc ziyarətində də olmusunuz.

-1995-ci ildə Heydər Əliyevlə rəsmi səfərə gedəndə Ümrə ziyarətində olmuşam. Bu, Həcc ziyarəti sayılmır. 2005-ci ildə isə Həcc ziyarətində oldum.



-Heydər Əliyevlə o dini mühitdəki dialoqunuz maraqlıdır.

-Mənə irad tuturdu ki, dinə fanatikcəsinə bağlanmışam.

-Nemət bəy, pirlərə, ziyarətgahlara gedirsiniz?

-Gedirəm, amma sayğı ilə. İslamda peyğəmbərdən müqəddəs adam yoxdur. Mən peyğəmbərə sayğımdan dolayı onun qəbrini ziyarət edirəm. İmamlara sayğımdan Nəcəf, Kərbəlanı da ziyarət etmişəm. Amma mən peyğəmbərin, imamların qəbrindən kömək istəmirəm. Bunu şirk və cəhalət sayıram. İslama ən böyük zərər vuranlar din adına dəllallıq edənlərdir. Onlar şəxsi mənfəətlərini güdüblər. Dindən siyasi məqsədlər üçün istifadə edirlər. İran da dindən alət kimi istifadə edir, fars şovinizmini təbliğ edir. Xüsusilə də, “Əhli Beyt” adından öz siyasətlərini yürüdürlər.

Bu gün də şeyx Nəsrullahlar var. Mən millətimi şeyx Nəsrullahlara uymamağa çağırıram.

-İçki olan məclisdə oturursunuz?

-Mənim atam heç zaman içki məclisində oturmayıb. Atam bacısı övladlarını bizdən də çox istəyirdi. Ancaq o biləndə ki, bacısı övladlarının toyunda içki məclisi olacaq, ora getməzdi. Dəvət edəndə də bilirdilər ki, onlar həmin toyda içki verə bilməzlər. Mən də şəxsən vaxtı ilə belə idim. Ancaq ictimai-siyasi fəaliyyətlə məşğul olursansa, hər məclisdə ola bilərsən. Sadə mömin olsam içki məclislərinə getmərəm. İctimai-siyasi fəaliyyətlə məşğul olan birinin isə belə addımı özünü cəmiyyətdən təcrid etməkdir. Buna görə də, məcbur qalmadıqca, içki məclisində olmamışam. Siyasətçi məcburdur ki, insanlarla ünsiyyətdə olsun və öz düşüncələrini onlara çatdırsın. Doğru yolu anlatmaq nöqteyi-nəzərindən bu, vacibdir.

-Övladlarınıza seçim azadlığı verəcəksiniz? Yoxsa onları dindar olması üçün təhrik edəcəksiniz?

-Dində zorakılıq, məcburiyyət yoxdur. Zorla insanı iman əhli etmək mümkün deyil. Bu, cəhalətdir. Atanın, valideynin borcu birinci növbədə budur ki, övladına əxlaq versin. İkinci isə təhsil verməkdir. Üçüncüsü isə Allahı tanıtmaqdır. Sən sevdirərək, dini, Allahı sevdirməlisən.

Bununla belə dinə, Allaha bağlıyımsa, bu, istər-istəməz övladlarıma da təsir edəcək.

-Həyat yoldaşınız Həcər xanım hicablıdır. Əvvəldən belə idi, yoxsa onun dindar olmasında siz rol oynamışınız?

-Həyat yoldaşımın atası ilə dost olmuşuq. Xanımım sovet ziyalı ailəsində böyüyüb. Onun heç bir dini anlayışı, bilgisi, etiqadı yox idi. Ancaq evlənəndən sonra mən heç zaman Həcər xanıma “başını örtməlisən” deməmişəm. O sonra özü başa düşüb ki, ailə üzvü kimi mənim inancıma, əqidəmə sayğı göstərməlidir. Həcər xanım indi kifayət qədər dini, onun fəlsəfəsini yaxşı bilir.



Söhbəti apardı: Aqşin KƏRİMOV


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Antalyada partlayış: yaralılar var
25.07.2017, 00:56

Antalyada partlayış: yaralılar var

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı
25.07.2017, 00:44

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı

ABŞ Türkiyədən izahat gözləyir
25.07.2017, 00:29

ABŞ Türkiyədən izahat gözləyir

Makronla Merkel Ukraynanı dəstəklədi
25.07.2017, 00:12

Makronla Merkel Ukraynanı dəstəklədi

Oğuz sakini güllələndi
24.07.2017, 23:57

Oğuz sakini güllələndi

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO
24.07.2017, 23:37

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır
24.07.2017, 23:18

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır
24.07.2017, 23:04

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

Mənzil alan jurnalistlərə TƏBRİKİM   
24.07.2017, 22:56

Mənzil alan jurnalistlərə TƏBRİKİM  

Azərbaycanda ən bahalı ixtisaslar  - Video
24.07.2017, 22:49

Azərbaycanda ən bahalı ixtisaslar  - Video

Azərbaycan nefti ucuzlaşdı
24.07.2017, 22:34

Azərbaycan nefti ucuzlaşdı

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  
24.07.2017, 22:29

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

Xaçmazda azyaşlı piyadanı maşın vurdu
24.07.2017, 22:16

Xaçmazda azyaşlı piyadanı maşın vurdu

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN
24.07.2017, 22:09

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü
24.07.2017, 21:51

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

Reyd zamanı çətin anlar yaşandı - VİDEO
24.07.2017, 21:35

Reyd zamanı çətin anlar yaşandı - VİDEO

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb
24.07.2017, 21:21

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq   
24.07.2017, 21:04

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq  

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov
24.07.2017, 20:50

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib
24.07.2017, 20:36

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO
24.07.2017, 20:20

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO

Şura daha 9 QHT-yə maliyyə ayırdı
24.07.2017, 20:11

Şura daha 9 QHT-yə maliyyə ayırdı

İlham Əliyevin Macarıstana səfəri gözlənilir   
24.07.2017, 19:10

İlham Əliyevin Macarıstana səfəri gözlənilir  

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib
24.07.2017, 19:04

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb
24.07.2017, 18:27

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR   
24.07.2017, 18:23

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR  

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı
24.07.2017, 18:15

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb
24.07.2017, 18:08

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin   
24.07.2017, 17:57

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin  

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”
24.07.2017, 17:44

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub
24.07.2017, 17:42

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb
24.07.2017, 17:36

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb

Müəllimlər üçün vakant yerlərin yekun SAYI
24.07.2017, 17:24

Müəllimlər üçün vakant yerlərin yekun SAYI

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu
24.07.2017, 17:20

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 
24.07.2017, 17:13

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.3%)
- İmtahanlar bir dəfə keçirilməliydi(4.34%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(52.1%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.0%)
- İmtahanlar asan keçdi(4.34%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.34%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(4.34%)