Modern.az

Elçin Zahiroğlu yeni sayt AÇDI

Elçin Zahiroğlu yeni sayt AÇDI

17 Oktyabr 2016, 12:50

Bu gün bakipost.az adlı yeni sayt fəaliyyətə başlayıb.

Modern.az-ın xəbərinə görə, sayt rəhbərliyinin mətbuat üçün yaydığı  açıqlamada deyilir: “Bakipost.az-ın hədəfi ölkənin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir. Demokratiya və plüralizm prinsiplərinə əsaslanan sayt hər bir izləyənin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.

İnanırıq ki, bakipost.az qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək”.

 

Qeyd edək ki, saytın rəhbəri jurnalist Elçin Zahiroğludur.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü