23 yanvar 2017, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Ulduzların övladıyıq – ELMİ
Ulduzların övladıyıq – ELMİ
21.12.2016, 16:35

Modern.az saytının elmi mövzuda olan silsilə yazıları davam edir. Bu dəfə ulduzların insanın yaranmasındakı rolundan bəhs edəcəyik.

 

Hər birimiz təməl hissəciklərdən formalaşmış vəziyyətdəyik. Bununla yanaşı, biz də hissəcik yaradırıq. Kainatımız 13.8 milyard il əvvəl isti və sıx bir nöqtədən sürətlə genişləməyə başladı. Mövcud olan bütün maddə ilə antimaddə bir-birini yox edərək, geriyə enerjidən başqa heç bir şey buraxmamalıydı. Ancaq az bir miqdarda maddə yox olmadı. Nəticə olaraq hissəciklərlə dolu bir dünyadayıq və bu hissəciklərin kütlələri də, yükləri də insan həyatını mümkün edir.

 

Gəlin indi həyatı mümkün edən bu hissəciklərin fizikasına yaxından baxaq.

 

Bədənimizin təxminən 99% -i hidrogen, karbon, azot və oksigen atomlarından formalaşır. Bunlarla bərabər, həyat üçün lazım olan digər bəzi elementlərdən az miqdarda da olsa bədənimizdə var. Bədən hüceyrələrimizin çoxu 7 -15 il içərisində yenilənsə də, bu hüceyrələri formalaşdıran hissəciklərin çoxu əslində milyardlarla ildən bəri varlıqlarını davam etdirirlər. Bədənimizdəki hidrogen atomları Böyük Partlayış əsnasında, karbon, azot və oksigen atomları isə yanan ulduzlarda formalaşıb. Çox ağır elementlərin atomları da partlayan ulduzlarda (supernova) meydana gəlib.

 

Bir atomun böyüklüyünü təyin edən, elektronlarının ortalama mövqeyidir. Atom nüvəsi isə atomdan təxminən 100.000 qat daha kiçikdir. Nüvə bir fındıq ölçüsündə olsaydı, atom az qala beysbol stadionu qədər olardı. Bədənimizi meydana gətirən bütün atomlardakı boş sahələri çıxarsaq, əldə edəcəyimiz həcm bir toz dənəsi qədər olardı. Bu vəziyyətdə bütün insanları bir qənd qabının içinə sığışdırmaq mümkün olardı.

 

Təxmin edə biləcəyiniz kimi, boşluqları bir kənara atsaq, bu hissəciklər kütləmizin kiçik bir hissəsini təşkil edir. Atom nüvəsindəki proton və neytronların hər biri üç kvarkdan meydana gəlir. Kvarkların kütlələri, bu zərrəciklərin “higgs” sahəsi ilə qarşılıqlı təsirindən irəli gəlir. Və proton və ya neytronun kütləsinin kiçik bir faizinə görə məsuliyyət daşıyır. Kvarkları bir yerdə saxlayan güclü nüvə qüvvəsinə sahib qlönlar isə tamamilə kütləsizdir. Yaxşı bəs kütləmiz bu hissəciklərin heç birinin kütləsi ilə izah olunmursa, başqa cür necə izah edəcəyik ? Təbii ki,  enerji ilə.

 

Alimlərə görə bədən kütləmizin demək olar ki, hamısı kvarkların kinetik enerjisi və qlönların bağlanma enerjisindən formalaşır. Bədənlərimizdən keçən hissəciklər öz bədənimizdə yaranan radiasiya, hər gün təmas halında olduğumuz təbii (və zərərsiz) radiasiyanın yalnız bir hissəsidir. Ortalama bir amerikalı hər il 620 milirem (radiasiya ölçü vahidi olan remin mində biri ) radiasiya dozasına məruz qalır. Yediyimiz yeməklər, yaşadığımız ev, getdiyimiz yollardakı daş-torpaq, aşağı səviyyələrdə də olsa, bizi radiasiyaya məruz qoyur. Yalnız bir Braziliya fıstığı yemək ya da stomatoloqa getmək bu dozanı bir neçə milirem artıra bilər.

 

Siqaret çəkmək isə 16.000 milirem qədər artıra bilər. Kosmosdan gələn yüksək enerjili radiasiya, yəni kosmik şüalar daima atmosferə daxil olur. Orada başqa nüvələrlə vuruşaraq mezon yaradır. Onların da çoxu parçalanaraq muon və neytron kimi hissəciklər yaradır. Bunların hamısı dünya səthinə çataraq daxilimizdən keçirlər. Bu da illik radiasiya dozanıza 27 milirem qədər artıq doza əlavə edər. Bu kosmik hissəciklər zamanla genetikamızı pozaraq mutasiyalara səbəb ola bilər. Beləcə təkamül dəyişməsində də rol ala bilirlər.

 

Bizi foton bombardmanına tutaraq ətrafımızdakı dünyanı formalaşdıran Günəşimiz yerə neytrinlər də göndərir. Neytrinlər bədənimizin ziyarətçiləridir. Hər saniyə az qala 100 trilyon neytrin içimizdən keçir. Bu yazıdakı bax bu sözləri oxuduğunuz zaman triliyonlarca neytrin daxilinizdən keçib getdi. Günəşlə birlikdə, başqa ulduzlardakı nüvə reaksiyalarından və öz planetimizdən qaynaqlanan neytrinlər də var.

 

Neytrinlərin çoxu kainatın ilk bir neçə saniyəsindən bəri həyatdadır, yəni bizi meydana gətirən atomlardan daha qocadırlar. Ancaq o qədər zəif təsir edirlər ki... Heç bir iz buraxmadan bədənlərimizdən keçib gedirlər. Bunlardan başqa qaranlıq maddə hissəcikləri də var. Qaranlıq maddə işığı yaymır, əks etdirmir və əmmir.

 

Buna görə də təyin olunması çox çətindir. Alimlər kainatımızın 80 faizinin bu maddə növü tərəfindən meydana gəldiyini düşünür. Kainata yayılan qaranlıq maddənin sıxlığına baxan alimlərin hesabına görə, hər bir saniyədə bu hissəciklərdən yüz milyonlarlacası daxilimizdən keçir. Təbii bədənimizin atomları ilə da vuruşurlar.

 

Amma qaranlıq maddə normal maddə biri birinə çox güclü təsir etmədiyinə görə bədənimizin üzərində diqqətə dəyər təsir göstərmirlər. Gördüyünüz kimi hissəcik fizikasının həyatımız üzərindəki təsiri, yalnız laboratoriya təcrübələrindən ya da kosmos araşdırmalarından ibarət deyil.  Biz onların sayəsində həyatdayıq.

 

Taryel Abdullayev

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.01.2017, 00:16

İstanbula uçan təyyarə İranda məcburi eniş edib

22.01.2017, 23:58

Qarabağ əlili Yaşar Məhərrəmov torpağa tapşırılıb

22.01.2017, 23:44

Tovuzda pul oğrusu tutulub

22.01.2017, 23:27

Meksikada 7 nəfərin başı kəsilən meyiti tapılıb

22.01.2017, 23:13

Qar Şamaxı yolunda problem yaradıb

22.01.2017, 22:59

Azərbaycanlı gəncdən ixtira - VİDEO

22.01.2017, 22:44

Hakim partiyanın binasını atəşə tutan şəxs məhv edilib

22.01.2017, 22:19

Suriya böhranı üzrə danışıqlar yekunlaşıb

22.01.2017, 22:08

“Mən artıq “Lider” telekanalında işləmirəm” – Anar Həsənov, VİDEO

22.01.2017, 21:56

"Qarabağı bu alçaqlardan azad etmək lazımdır" - Sergey Culakyan, VİDEO

22.01.2017, 21:42

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət etdi ...

22.01.2017, 21:25

Sərxoş piyada yol qəzasının qurbanı olub

22.01.2017, 21:13

ABŞ-da qasırğada ölənlərin sayı 15 nəfərə çatıb

22.01.2017, 20:57

Acınacaqlı şəraitdə yaşayan azyaşlılar - VİDEO

22.01.2017, 20:41

İngiltərə çempionu darmadağın oldu

22.01.2017, 20:29

İranlı iş adamı edam edilir

22.01.2017, 20:14

Yəməndəki toqquşmalarda 60-dan çox insan həlak olub

22.01.2017, 20:02

Türkiyə 15 ölkədən Gülən tərəfdarlarının verilməsini tələb edir

22.01.2017, 18:38

Madonna ABŞ-ın yeni prezidentini söydü

22.01.2017, 18:24

Amerikalı siyasətçilərin seks qalmaqalları

22.01.2017, 17:49

ABŞ tarixinin ən qoca prezidenti

22.01.2017, 17:29

Azərbaycan əsili futbolçunun ailəsində QALMAQAL

22.01.2017, 17:26

Hindistanda qatar qəzasında ölənlərin sayı 39-a çatıb (YENİLƏNİB)

22.01.2017, 16:46

Astanada İran və Rusiya nümayəndə heyətləri görüş keçirir

22.01.2017, 16:17

Medvedyev yenidən “Vahid Rusiya”nın sədri seçildi

22.01.2017, 16:14

Goranboyda avtomobil aşdı, xəsarət alanlar var

22.01.2017, 15:48

Ermənistan Atom Elektrik Stansiyasında qəza baş verib

22.01.2017, 15:32

“Vətən qoxusu” Tovuzda təqdim olundu.

22.01.2017, 15:26

Obamanın prezidentlikdən sonrakı ilk günü

22.01.2017, 15:24

Yeni birinci ledi: “ABŞ-a xidmət etmək şərəfdir”

22.01.2017, 15:21

Arvadını oğru bilib güllələdi

22.01.2017, 15:20

Dövlət sərhədində Ermənistana məxsus PUA məhv edilib

22.01.2017, 15:00

AKP-nin ofisinə hücum edən terrorçu saxlanılıb

22.01.2017, 14:05

Moskvada 38 aviareys təxirə salınıb

22.01.2017, 13:48

"Ukraynanın Donbasdan imtinası sülhə gətirib çıxarmayacaq"

ARXİV