27 may 2017, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Dini Komitədən etiraz: “Azərbaycanda dini təhsil pulsuz olmalıdr” - MÜSAHİBƏ
Dini Komitədən etiraz: “Azərbaycanda dini təhsil pulsuz olmalıdr” - MÜSAHİBƏ
21.01.2017, 11:21

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, xaricdə dini təhsil alan şəxslər və digər məsələlərlə  bağlı  Modern.az saytının suallarını cavablandırıb.  

-Gündüz müəllim, hal-hazırda azərbaycanlıların xaricdə dini təhsil alması prosesi qanunla necə tənzimlənir?

-Qanunun 24-cü maddəsinə əsasən, vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və yaxud dini idarələr tərəfindən həyata keçirilir. Bu maddədəki müvafiq icra hakimiyyəti orqanı dedikdə dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi nəzərdə tutulur. Əgər söhbət islam təmayüllü dini icmalardan gedirsə, burda dini mərkəz anlayışı var. Bu isə o deməkdir ki, islam dininə dini icmalarına münasibətdə bu Qafqaz Müsəlmanları İdarəsidir. Yəni, söylədiyim maddəyə əsasən, xaricdə dini təhsil almaq üçün gəncləri yalnız QMİ göndərə bilər. Bu göndəriş  Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsi  və Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.

-Xarici ölkələrədini təhsil almaq üçün yollanan şəxslərin siyahısı varmı? Hər halda, düşünürük ki, indiki situasiyada xaricdə dini təhsil alanların siyahısını bilmək maraqlı olar.

-Onu da qeyd edim ki, həmin müddəa “Dini etiqad azadlığı haqqında” qanuna daxil edildikdən sonra rəsmi şəkildə Azərbaycandan xarici ölkələrdə dini təhsil almağa heç bir şəxs göndərilməyib.

-Təxminən, təhsil almaq üçün xaricə göndərilmə prosesi nə vaxtdan dayandırılıb?

-Təxminən bu proses son 6-7 ili əhatə edir ki,  bu da Azərbaycandan rəsmi qaydada xaricdəki dini təhsil müəssisələrinə tələbə göndərilməsi dayandırılıb.

-Bu illər ərzində qeyri-rəsmi surətdə xaricdə dini təhsil alanların olması mümkün ola bilərmi?

-Əlbəttə. Qanun müddəasında göstərilir ki, dini təhsil almaq üçün vətəndaşların xaricə göndərilməsi dini mərkəzlər tərəfindən mərkəzi icra hakimiyəti orqanları ilə razılaşdırılmaqla ola bilər.Yəni, dini mərkəz vasitəsilə  xaricə tələbə göndərilməsini QMİ həyata keçirə bilər. Amma bu da Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bu razılaşdırıldıqdan sonra ola bilər. Bir daha təkrar edirəm. Son illər ərzində xaricdə dini təhsil almağa kimsə göndərilməyib. Amma fərdi qaydada dini təhsil almaq üçün müxtəlif ölkələrə  gedənlər olub.

-Bir məsələyə də toxunmaq istərdim. Xaricdə dini təhsil alan şəxslərə cəmiyyətdə   münasibət  birmənalı deyil. Onlara potensial terrorçu kimi yanaşılır. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyi maraqlı olardı.

-Razıyam.Bəzən xaricdə dini təhsillə bağlı cəmiyyətdə müəyyən xoşagəlməz fikirlər səslənir. Xaricdə dini təhsil alanların hamısına zərərli şəxslər kimi baxılır. Yaxud da, hansısa ölkənin maraqlarının müdafiəsi qismində onları nəzərdən keçiririk. Belə deyil. Xaricdə dini təhsil alan şəxslərin də içərisində vətənini, dövlətini sevənlər var. Eyni zamanda, onların içində bu gün fəaliyyət göstərən və dini kifayət qədər bilən şəxslər var. Amma ümumilikdə isə biz dəfələrlə bildirmişik ki, xaricdə dini təhsil almaqdan daha çox ölkədə dini təhsilin səviyyəsinin qaldırılmasını məqsədəuyğun sayırıq. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ ilə yaxından əməkdaşlıq edib. Bu gün də bu əməkdaşlıq davam etdirilir. Qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri ölkədə dini təhsilin səviyyəsini daha da gücləndirməkdir. Bununla bağlı Dövlət Komitəsinin dəfələrlə mövqeyi olub ki, istər ali dini təhsil, istərsə də orta ixtisas dini nöqteyi-nəzərindən dini təhsilin gücləndirilməsinə ehtiyac var. Hətta, bu məqsədlə bir neçə mədrəsələrin yaradılması nəzərdə tutulub. Bu istiqamətdə QMİ ilə birlikdə işimizi davam elətdiririk.

-Bildiyiniz kimi, Azərbaycanda ali dini təhsil verən bir universitet var. Bakı İslam Universiteti. Dini təhsil almaq istəyənlərin çoxu bu universitetdə təhsilin ödənişli olmasından şikayətlənirlər. Nə zamansa, Bakı İslam Universiteti ödənişsiz fəaliyyət göstərə bilərmi?

-Maraqlı sualdır. Onu da deyim ki, Azərbaycanda dini təhsilin tam ödənişsiz həyata keçirilməsinin tərəfdarıyıq. Çünki xaricdəki dini təhsilin cəlbedici tərəflərindən biri də oradakı dini təhsilin ödənişsiz olmasıdır. Burdan gedib dini təhsil alan azərbaycanlı tələbələr nəinki dini təhsil üçün pul ödəmirlər, əksinə, onlara müxtəlif təqaüdlər verilir. Düşünürük ki, Bakı İslam Universitetində də ödənişli təhsil olmamalıdır. Bu istiqamətdə işlər davam edir. QMİ ilə bu sahədə yaxından əməkdaşlıq edirik.  

-Həmçinin, yeni mədrəsələrin açılacağı anonsunu  verdiniz. Bu, ancaq paytaxt Bakını əhatə edəcək, yoxsa, bölgələrdə də nəzərdə tutulur?

-Mədrəsələrin yaradılması təkcə Bakı şəhərində deyil, eyni zamanda, bölgələrimiz olan Gəncədə, Lənkəranda yaradılması nəzərdə tutulur.

-Dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı vəziyyət nə yerdədir? Bilmək olarmı nə qədər dini nəşr var?

-Dini nəşrlər yaradılarkən onlarla bağlı rəyimizi bildiririk. Amma dini nəşrlərin reyestrini aparmırıq. Bu isə o deməkdir ki, biz həmin nəşrlərin sayını və siyahısını müəyyənləşdirmirik.

 

Namidə BİNGÖL

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.05.2017, 00:47

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır" - Rusiyalı nazir müavini

27.05.2017, 00:36

İşdən çıxarılan general Gürcüstana qaçıb

27.05.2017, 00:22

İmtahandan kəsilən qız intihara cəhd etdi

27.05.2017, 00:09

Bu gündən Ramazan ayı başlayır

26.05.2017, 23:52

Sağlamlıq üçün real təhlükə yaradan QİDA MƏHSULLARI

26.05.2017, 23:49

Stalinin erməni “xilaskarı” - MARAQLI

26.05.2017, 23:42

Azərbaycan nefti ucuzlaşıb

26.05.2017, 23:27

Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi

26.05.2017, 23:11

Rusiya yeni hərbi vertolyotun sınağını keçirdi - VİDEO

26.05.2017, 22:56

"Şəhəri tərk edin" - Mosula vərəqələr yayıldı

26.05.2017, 22:41

Qaxda 86 yaşlı kişi özünü asdı

26.05.2017, 22:27

ABŞ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

26.05.2017, 22:09

Dövlət xəstəxanaları pullu xidmətə keçir - VİDEO

26.05.2017, 21:54

Moskvada terror törətməyi planlayan 4 nəfər yaxalandı

26.05.2017, 21:37

Azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTO

26.05.2017, 21:25

Azərbaycan terror aktını pislədi

26.05.2017, 21:11

Yeniyetmə bədbəxt hadisənin qurbanı oldu

26.05.2017, 20:57

Bir həftədə 1400-dən çox sahibkarla görüş keçirilib

26.05.2017, 20:42

İş yoldaşını güllələyən şəxs danışdı - VİDEO

26.05.2017, 20:28

Misirdəki terror aktında ölənlərin sayı 28 nəfərə çatdı

26.05.2017, 20:16

Daxili orqanında ölkə ərazisinə narkotik keçirən şəxs yaxalanıb

26.05.2017, 20:02

Türkiyədə tarixi türbəni 4 milyon dollara satmaq istəyiblər

26.05.2017, 18:57

"iPhone 6" sərfəli şərtlərlə satışda

26.05.2017, 18:50

Nazir müavini: “Təhsil sistemində hər hansı ixtisar yoxdur”

26.05.2017, 18:38

“Qarabağ” Avstriyada “Dinamo” Moskva ilə qarşılacaq

26.05.2017, 18:29

Dövlət Gömrük Komitəsi: “Heç bir problem yaşanmayıb”

26.05.2017, 18:21

Hacıqabulda uşaq kimyəvi maddədən zəhərlənib

26.05.2017, 18:05

ADU tələbələri “Piqmalion” pyesini səhnələşdirib

26.05.2017, 17:48

İŞİD-in 3 rəhbər şəxsi öldürüldü

26.05.2017, 17:45

9-cuların buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

26.05.2017, 17:35

"Müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir, bizə qarşı kampaniyalar aparılır"

26.05.2017, 17:30

Formula 1 yarışına 54 ölkədən bilet alınıb

26.05.2017, 17:25

Bakı Şəhər Halqası “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

26.05.2017, 17:21

Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var

26.05.2017, 17:15

Azərbaycanda ailə həkimləri hazırlanır

ARXİV