Modern.az

ANS-in keçmiş əməkdaşı Azərbaycanı həmişəlik tərk edir

ANS-in keçmiş əməkdaşı Azərbaycanı həmişəlik tərk edir

21 Yanvar 2017, 11:32

ANS TV-nin keçmiş əməkdaşı, hazırda Ölkə.az saytının şef redaktoru vəzifəsində çalışan Amil Hacıyev Azərbaycanı tərk etməyə hazırlaşdığını bəyan edib.

Modern.az-ın məlumatına görə, o, bu haqda özünün Facebook səhifəsində qeyd edib. Bildirib ki, ANS-dən sonra “Ölkə.az”ı da həqiqətən də iş yeri yox, öz evi hesab edib.  

“Amma bilənlər bilir ki, mən Gürcüstan vətəndaşıyam. Artıq 33 yaşım var. Qərara aldım ki, bundan sonra fəaliyyətimi Gürcüstanda davam etdirim. 2016-cı il parlament seçkilərində Vahid Milli Hərəkat Partiyasının sıralarında oldum. İndi partiyamız iki yerə parçalanıb. Hər iki tərəflə görüşüb son qərarımı verəcəm.

Bir az yekə səslənsə də deyim. Məqsədim bundan sonra siyasətə qoşulub, 2020-ci il parlament seçkilərində namizəd kimi iştirak etməkdir. Allah hamımızın yar və yardımçısı olsun.

P.S. Tam səmimi deyim. Bakı artıq mənə o qədər doğma gəlmir. İlk dəfə idi ki, 25 il yaşadığım şəhərdə darıxır və sıxılırdım. Borçalıma gedirəm. O saf havalı, sulu torpağa...”.

Amil Hacıyev ANS TV-də müxtəlif proqramlarda aparıcılıq edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü