21 noyabr 2017, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - “Şəngülüm, Şüngülüm və Məngülüm” haqqında bilmədiklərimiz - GİZLİ SİMVOLLAR
“Şəngülüm, Şüngülüm və Məngülüm” haqqında bilmədiklərimiz - GİZLİ SİMVOLLAR
07.02.2017, 16:23

Az qala, hər bir uşağın bildiyi və sevdiyi, elə özümüzün də zaman-zaman yaddaşımızda gəzdirdiyimiz və bizi uşaqlıq çağımızla birləşdirən rabitəyə çevirdiyimiz “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının bu qədər məşhurlaşması, bəyənilməsi sual doğurmaya bilməz. Azərbaycan folklorunda süjet xəttinə görə bundan da maraqlı və düşündürücü nağıllar olduğu halda, uşaqlar (elə özümüz də) adətən, “Cırtdan”, “Göyçək Fatma”, “Qırmızıpapaq” kimi nağıllarla birgə “Şəngülüm, Şüngülüm və Məngülüm”ü də yaddaşlarında hifz edirlər.

Nağılın çox sadə süjet xətti var ki, ondan yararlanan xalqlara görə nisbətən dəyişdirilib. Məsələn rus xalq nağılı olan “Canavar və yeddi çəpiş” nağılı bu süjetdən törəmədir. Amma burada bizədki kimi üç yox, 7  keçi balası var. Elə Azərbaycan folkloruna aid nağılın iki versiyası var. Süjet sabitdir: Çöldə, bayırda otlayıb hər gün balalarına ot, süd və su gətirən ana keçi əsas motivdir. O, balalarını şirin və oynaq dillə çağırar və gətirdiklərini onlara verərək, yenidən otlağa gedər. Bunu görən qurd keçini necə təqlid etməyi öyrənir və balaları bununla aldadır. Qurdu anası zənn edən çəpişlər qapını açır və onlardan ikisi – Şəngülümlə, Şüngülüm qurdun qurbanı olur. Qorxusundan gizlənən Məngülüm isə baş verənləri sonradan evə dönən ana keçiyə danışır. Buynuzlarını dəmirçiyə itilədən keçi qurdun qarnını yırtaraq balalarını xilas edir.

Yazılı ədəbiyyat  və incəsənət də bu nağıla biganə qalmayıb.


Modern.az uşaq folklorunun araşdırırıcısı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru  Ramazan Qafarlı ilə birgə “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının sehrini, özünəməxsus cazibədarlığını incələməyə çalışıb:


““Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının beynəlxalq süjet xəttinə malik olması onun mahiyyəti barəsində xeyli versiyaların səslənməsinə səbəb olur.  “Şəngülüm, Şüngülüm və Məngülüm”ü təkcə Azərbaycana, ümumiyyətlə, türk xalqlarına aid etmək doğru olmaz. Bu nağıl səyyar süjet xəttinə malikdir. Bəşəriyyətin ilkin düşüncə tərzi, mifoloji dünyagörüşünün məhsulu olub. Daha sonra isə hər xalq buna öz yanaşmasını sərgiləyib. Ona görə də bu gün “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılı həm slavyan, həm türk, həm də uzaq Şərq xalqlarında var. Süjet xətti eynidir. Sadəcə, müəyyən dəyişikliklər var. Məsələn, slavyan xalqlarına aid olan versiyada keçinin üç yox, daha çox balası var”.

 

Nağılı fərqləndirən üstünlüklər-rəmzlər

Azərbaycan şifahi xalq ədəbiyyatında uşaqlar üçün  “Şəngülüm, Şüngülüm və Məngülüm”dən çox maraqlı ola biləcək nağıllar kifayət qədərdi. Amma bu nağıl öz qəribə sehri ilə sanki hamının dillər əzbərinə çevrilib. Bağçada və orta məktəbin aşağı siniflərində oxuyan uşaqların nağıla çox maraq göstərmələrinin əsas səbəbi ondakı mifik dünyagörüşə xas olan detalların macəra, dram formatında deyil, əyləncə şəklində çatdırılmasıdır. Təkcə nağılın adında keçi balalarının bütün şıltaqlığını, şirinliyini və dəcəl xarakterini oxumaq mümkündür. Şəngülüm, Şüngülüm və Məngülüm adları keçi balalarının xarakterinə biçilib sanki... Bu səbəbdən də böyük Mikayıl Müşfiq bu nağıldan yararlanaraq, uşaqlar üçün poema yazmışdı. Folklorçu R.Qafarlı nağılın çox sevilmə səbəblərindən danışarkən, bunları əlavə edir:

 

“Bu, başqa beynəlmiləl nağıllar kimi başdan-başa alleqoriyadır. İnsana aid olan xüsusiyyətlər meşənin və heyvanların-canavarla, keçinin və onun balalarının üzərinə köçürülüb. Canavar Şəri, Keçi isə Xeyiri təmsil edir. Bu iki məfhum arasındakı əbədi mübarizə nağılda yer alıb. Şər Xeyiri məğlub etmək üçün ona aid olan ən dəyərli sərvətini məhv etmək istəyir. Bu bəşəri dramdır. Burada faciə var. Amma “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının üstünlüyü budur ki, burada bəşəri mübarizə çox oynaq və əyləndirici dillə çatdırılır. Adicə keçinin öz balalarını çağırması, onlara süd, ot və suyu gətirməsini şeirlə deməsi və s. kimi elementlər nağıldakı mürəkkəb mübarizəni xeyli üstələdi. Bu səbəbdəndir ki, Mikayıl Müşfiq nağılın əsasında poema yazdı. Bəstəkar Oqtay Zülfüqarov musiqili pyes bəstələdi”.

 

Mövsüm-yazla-qışın mübarizəsi

Nağılla bağlı başqa bir yanaşmanı isə böyük folklorşünas Mirəli Seyidov sərgiləyib. O, səyyar nağılın beynəlxalq süjetinin əksinə gedərək, ona tamam ayrı aspektdən yanaşıb. M.Seyidov “Şəngülüm, Şüngülüm və Məngülüm”ü Yaz bayramının gəlişindən əvvəlki təbiət mübarizəsi kimi göstərib. O, “Azərbaycan mifik təfəkkürünün qaynaqları” və “Yaz bayramı” kimi fundamental araşdırmalarında nağılı qışla yaz mübarizəsi kimi dəyərləndirib:

 

“Böyük folklorçumuz Mirəli müəllim isə nağılı tamam fərqli yöndən dəyərləndirir. Onun fikrincə, nağıl bütünlüklə qışla yazın mübarizəsi və sonda yazın qalib gəlməsini əks etdirən bir mətn,  mövsümlərə mifik yöndən yanaşan düşüncə məhsuludur. Nağılda canavar qışın, ana keçi isə yazın simvoludur. Keçinin balaları isə yazın üç ayıdır. Qış yazın üç ayını məhv edib, onun gəlişini əngəlləmək istəyir. Buna nisbətən nail olur. Amma bolluq və bərəkət rəmzi olan və yazı simvollaşdıran keçi qışın bu mənfur niyyətinə mane olur. Amma bunlar təbii ki, mifik dünyagörüşün məhsuludur. Bəşəri düşüncənin ilkin inkişafı olan mifik dünyagörüşün məhsulları sonradan uşaq nağılı kimi özünü qoruyub saxlaya bildi. Çünki insanların düşüncəsi get-gedə inkişaf etdi və onların sakral mənalardan xilas olub əsl mahiyyəti dərk etdikcə, bu kimi nağıllara həqiqət kimi yox, uşaqları əyləndirən vasitə kimi baxmağa başladılar”.

 

Niyə məhz Şəngülüm, Şüngülüm və Məngülüm...


Nağılın niyə bu qədər çox sevilməsi və az qala, hamı tərəfindən əzbər bilinməsindən sonra, insanlarda yaranan  ikinci sual keçi balalarının adları ilə bağlıdır. Niyə məhz Şəngülüm, Şüngülüm və Məngülüm... Uşaq folklorunun bilicisi bu suala da maraqlı cavab verir:

 

“Nağılda oynaq və əyləndirici dilin, təhkiyə üsulunun  üstün olması onu bütün xalqların nümayəndələrinə sevdirdi. Amma Azərbaycan versiyasında bu oynaqlıq və şirinlik daha çoxdur. Adları da həm oynaqlıq naminə o cür verilib. Bunlar keçi balalarıdır və nəyisə simvolizə edən elementlərdir. Amma adətən, şıltaq və sevimli olan keçi balalarının adları da onların xüsusiyyətinə uyğun olmalı idi. Bu nağıl süjetində Şəngülüm, Şüngülüm və Məngülüm adları yalnız Azərbaycana aid olan versiyada var. Düşünürəm ki, folklorumuzun biliciləri hələ əsrin əvvəllərində bu nağıl süjetini mühafizə məqsədilə yazıya alarkən, keçi balalarını bu cür adlandırıblar. Bu, çox uğurlu yanaşmadır”.

E.Nazimoğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO
21.11.2017, 22:46

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO

Deputat tələbələrin problemlərinin həllini istəyir
21.11.2017, 22:30

Deputat tələbələrin problemlərinin həllini istəyir

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb
21.11.2017, 22:14

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi
21.11.2017, 21:57

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib
21.11.2017, 21:43

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte
21.11.2017, 21:29

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi
21.11.2017, 21:16

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI
21.11.2017, 21:00

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı
21.11.2017, 20:42

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı

Zimbabve prezidenti istefa verdi - Video
21.11.2017, 20:28

Zimbabve prezidenti istefa verdi - Video

Paytaxtın bu rayonu qazsız qalacaq
21.11.2017, 20:02

Paytaxtın bu rayonu qazsız qalacaq

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib
21.11.2017, 19:50

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib

Ən təhlükəli parollar açıqlandı
21.11.2017, 18:58

Ən təhlükəli parollar açıqlandı

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”
21.11.2017, 18:52

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ
21.11.2017, 18:41

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”
21.11.2017, 18:21

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”

Jirinovski Rusiya prezidenti olmaq istəyir
21.11.2017, 18:04

Jirinovski Rusiya prezidenti olmaq istəyir

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”   
21.11.2017, 17:59

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”  

BDU müəllimlərin maaşını qaldırdı
21.11.2017, 17:53

BDU müəllimlərin maaşını qaldırdı

Saakaşvilinin işinə baxan hakim qovuldu
21.11.2017, 17:51

Saakaşvilinin işinə baxan hakim qovuldu

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü   
21.11.2017, 17:39

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü  

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi
21.11.2017, 17:31

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”
21.11.2017, 17:27

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”

Amerikalı alim Aşıq Şəmşir muzeyində
21.11.2017, 17:19

Amerikalı alim Aşıq Şəmşir muzeyində

Dolların sabahkı məzənnəsi
21.11.2017, 17:19

Dolların sabahkı məzənnəsi

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…
21.11.2017, 17:07

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…

Misir Kiprdəki tarixi əsərləri geri alır
21.11.2017, 17:07

Misir Kiprdəki tarixi əsərləri geri alır

21.11.2017, 16:51

"Bəzi nazirlikləri ləğv etmək vaxtıdır" - ZAHİD ORUC

Azərbaycan XİN Bako Saakyanın Fransaya səfərinə etiraz etdi
21.11.2017, 16:44

Azərbaycan XİN Bako Saakyanın Fransaya səfərinə etiraz etdi

İran Aşıqlar Birliyindən Azərbaycan Aşıqlar Birliyinin sədrində SƏRT CAVAB
21.11.2017, 16:37

İran Aşıqlar Birliyindən Azərbaycan Aşıqlar Birliyinin sədrində SƏRT CAVAB

“Azərbaycanın xaricdəki bəzi səfirlikləri bağlansın”
21.11.2017, 16:30

Azərbaycanın xaricdəki bəzi səfirlikləri bağlansın

İsgəndər Həmidov partiyasına qurultay keçirə bilmir
21.11.2017, 16:18

İsgəndər Həmidov partiyasına qurultay keçirə bilmir

Putin dünya jurnalistlərinin qarşısına çıxacaq
21.11.2017, 16:18

Putin dünya jurnalistlərinin qarşısına çıxacaq

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
21.11.2017, 16:09

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

Bakı Olimpiya Stadionundan azarkeşlərə MÜRACİƏT
21.11.2017, 16:03

Bakı Olimpiya Stadionundan azarkeşlərə MÜRACİƏT

ARXİV