“Ancaq o millət, o tayifə təriqi-fəlah və nicatda olur ki, özünü tanıya” (Ə.Hüseynzadə)
Milli-ictimai fikir tariximizdə əvəzsiz rol oynamış Əli bəy Hüseynzadə bacarıqlı, səriştəli bir jurnalist, şair, yazıçı, həkim, tərcüməçi, həm də incə zövqlü, istedadlı bir rəssam idi.
Son dövrdə Azərbaycan Demokratik Cümhuriyyəti ilə əlaqədar xeyli tədqiqat meydana çıxıb. Ancaq bu tədqiqatların əksəriyyətində köklər, qaynaqlar sanki unudulub.Araşdırılan dövr əsrin əvvəllərindəki fikir hərəkatından təcrid olunmuş şəkildə təqdim edilir. Bu isə mahiyyətcə eyni qəbildən olan hadisələr arasındakı varislik əlaqəsini duymağa, dərk etməyə mane olur.
Əli bəy Hüseynzadənin fəaliyyəti təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarınıntarixində böyük əhəmiyyətə malikdir. İlk dəfə olaraq “hürriyyət və müsavat” şüarını açıq şəkildə ortaya atan, tarkçülüyün, turançılığın əsasını qoyan, türk birliyi ideyasınıelmi-nəzəri cəhətdən əsaslandıran da məhz Əli bəy Hüseynzadə olmuşdur.
Bir vaxtlar böyük Turan dövlətini yaradan türk qəbilələrinmdən çoxu yeni dövrdə ağır və çətin vəziyyətə düşmüşdü. Bunu aydın dərk edən Əli bəy Hüseynzadə onları bu ağır vəziyyətdən xilas etmək üçün özünün müəyyən etdiyi inkişaf və çıxış yolunu yığcam çəkildə ifadə edərək göstərirdi ki, bu yol “türklük, müsəlmanlıq, avropalılıqdır.türk hissiyatı ilə mütəhəssis, islam dini ilə mütədəyyin, Avropa mədəniyyəti-hazirəsi ilə mütəməddin olmaqdır”(“Füyuzat” jurnalı № 23, 1907)
Əlbəttə o, türkləşməkislamlaşmaq və ya “ittihadi-türk”, “ittihadi-islam” deyərkən, başqa millətlərə, başqa dinlərə qarşı milli və dini zorakılıq meyillərindən çox-çox uzaq olmuşdur. Əli bəy Hüseynzadənin məqsədi millətin əsas əlamətlərindən olan, təbii şəkildə meydana çıxan qan birliyinin, dil birliyinin, tarixən yaranmış məzhəb və əqidə birliyinin qorunub saxlanmasının vacibliyini göstərmək olmuşdur.:” Müsəlmanız” onun üçün dünyanın hər nərəsində xeyirxah xeyirxah bulunduğumuz din qardaşlarımız tərəqqi etsə, biz o tərəqqiyi əz dil o can alqışlarız! Türküz: binaənəleyh türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu edəriz” (“Həyat” qəzeti № 1, 1 905).
Birlik-ittihad ideyası, əlbəttə, böyük ideyadır və indiki şəraitdə bizim üçün həmişəkindən daha çox əhəmiyyət kəsb edir.İstər Əli bəy Hüseynzadənin, istərsə də başqa milli rəhbər və ictimai-siyasi xadimlərimizin irsinin araşdırılması, aşkarlanması göstərir ki,”ittihad”ideyası lap ilk günlərdən düşmənlərimizin və onları himayə edənlərin bizim haqqımızda qərəzkarlıqla uydurduqları “panislamizm” və “pantürkizm” anlayışları ilə ifadə etdikləri puç və fanatik əqidə ilə əsla bağlı olmamışdır.
Əli bəy Hüseynzadə türklərin ayrıca bir irq olduqlarını hər yerdə, həmişə təkidlə irəli sürür və bunu tutarlı elmi dəlillərlə əsaslandırırdı. Lakin o, millətimizin qədim tarixinə, mədəniyyətinə sadəcə maraq xatirinə müraciət etmirdi. Bunun da səbəbləri var idi. Məsələn, 1905-1907-ci illər inqilabıbütün rus imperiyasını hərəkətə gətirdi. Belə bir vaxtda müsəlman türklərinin də oyanması, öz taleyini, müqəddəratını, kimliyini müəyyən etməsi qəti bir tələb kimi qarşıda dururdu. Bunu qabaqcıl ziyalılar, millətsevərlər yaxşı dərk edirdilər. Əli bəy Hüseynzadə demişkən”Yoxsa yatanlar oyananların ayağı altında qalıb üzüləcəkləri mühəqqəqdir”. Bunun üçün isə hər şeydən əvvəl, millət öz-özünü dərk etməlidir. “Ancaq o millət, 0 tayifə təriqi-fəlah və nicatda olur ki, özünü tanıya”(Əli bəy hüseynzadə)
Belə bir tarixi məqamda millətimizin milli mənlik şüurunun oyanmasınad, ətalət buzunun parçalammasında Əli bəy Hüseynzadənin göstərdiyi xidmət heç kəslə müqayisəyə gəlmir. Bir həqiqəti də etiraf etmək lazımdır ki, Əli bəy Hüsenzadə fəaliyyətə başladığı dövrdə bizdə milli mənlik şüuru çox aşağı səviyyədə idi. “Həyat” qəzeti nəşrə başlayanadək nəinki sadə camaat, hətta ziyalılarımızın çoxu belə millətimizin həqiqi adını, mənşəyini və kökünü dəqiq bilmirdi. Həmin dövrdə xalq içərisində çox işlənən adların heç biri (müsəlman, tatar, azərbaycanlı, Qafqaz tatarı və s.) kökümüzlə, əslimizlə bağlı olmayıb.
Əli bəıy Hüseynzadə və onunməsləkdaşları, tərəfdarları böyük səylə çalışırdılar ki, türklərin əsil ənənələrini dirçəltsinlər, onlara yaşamaq hüququ versinlər. “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Türk dilinin vəzifeyi- mədəniyyəsi” və s. əsərlərində millətimizin türk əsilli olduğunu , bütün türk qəbilələrinin bir olduğunu, dillərimizin, mədəniyyətlərimizin eyniliyini elmi dəlillər əsasında sübut edən Əli bəy Hüseynzadə türklərin tarix boyu nümayiş etdirdikləri canlı ənənələri, dini dönə-dönə xatırladırdı. O, belə hesab edirdi ki, həmin dövrdə millətini, xalqını hərəkətə gətirmək, azadlıq uğrunda mübarizəyə qaldırmaq üçün ən əvvəl onu öz nəzərində yüksəltmək lazımdır.
“Türklər tarix səhnəsinə miladi-İsadan 2000 il əqdəm çıxıb, o vəqtdən cinsən və lisanən müxtəlif və mütəəddid təsirata məruz olmuşlardır:Asiya qitəsinin şərqində mancu, moğol və çinlilərlə, qərbində isə irqi-Qafqazdan olamn əqvami-ariyə və samiyə ilə,yəni hindi, irani, çərkəs, kürd, ərəb və sairə nəsilləri ilə qarışmış olduqlarından bu gün hər tərəfdən şəklən, cinsən, lisanən qayət müxtələt bir qövmdir.
Bir tərəfdən tarixin göstərdiyi vəch ilə müqəddimən türk ikən biləxirə türkcəyi tamamilə unudub başqa lisanlarla mütəkəllim qövmləır mövcud olduğu kimi, digər tərəfdən də öz qədimdillərini tərk edib türkcə təkəllümə başlayan və bu surətlə içimizə qarışıb bizlrdən mədud olan başqa qövmlər də vardır...Bundan başqa, bizzat türk əqvamından bir qismi digər qismi tərəfindən təmsilə uğradılıb”(“Həyat” qəzeti № 9, 1905).
Hər bir müddəaya konkret misallar gətirdiyinə görədir ki, Əli bəy Hüseynzadənin təqdimində türk tarixi , həqiqətən, çox canlı, dinamik, inkişafda olan bir tarix kimi qarşıya çıxır. Qeyd etmək lazımdır ki, Əli bəy Hüseynzadəni İslama bağlayan heç də onun möminliyi deyil, başqa dinlərə nisbətən İslam dinində olan ümumbəşəri dəyərlər və ictimai ədalət idealına onun daha yaxın olması idi.
İctimai-siyasi görüşlərinə görə Əli bəy Hüseynzadə ardıcıl demokrat və sosialist olmuşdur. Ancaq onun sosializm haqqında görüşləri bolşeviklərin qurmaq istədikləri bəsit sosializmdən çox fərqlənirdi. Əli bəy Hüseynzadə sosializm dedikdə, daha çox ictimai ədalət idealına yaxın olan bir cəmiyyət tipini nəzərdə tuturdu. Onun hürriyyətpərəstliyi də birbaşa fəlsaəfi məfkurəsindən doğurdu.
“Nicat məhəbbətdədir” adlı məqaləsində böyük mütəfəkkir belə bir qənaətə gəlir ki, qətlü qarətlərin, hər cür vəhçiliklərin səbəbi insanların öz peyğəmbərləri tərəfindən onlara aşılanan “bəni növə məhəbbət və müavinət et” təliminə, tövsiyyəsinə bağlanmamalarıdır. O bunun özünü də ictimai amillərlə, cəmiyyətin kamillik dərəcəsi ilə əlaqələndirərək yazırdı: “Əcəba, insanlar arasında... bu məhəbbəti nə ilə , nə vasitə ilə təmin etmək olur?..O vasitəyi bəşəriyyət kəşf edə bilmişdirmi? Şübhəsiz, etmişdir. O, nədir? – hürriyyət və ədaləti-kəmalə!..Etiqadımızca, bəni-növi-bəşər arasında da ahəng və məhəbbəti təmin edəcək vasitələr –başlıca bu iki nemətdən ibarətdir...Ədd olursa, hürriyyət də olur, hürriyyət olursa, məhəbbət və məvəddət də olur. Həzrəti İsanın da, həzrəti Məhəmmədin şər və qanunları da bu həqiqətə müncərdir.
İştə yeni mücahidini-ictimaiyyətimizin də məqsudi bu həqiqətdir (“Füyuzat” jurnalı№ 6, 1906) İndiyə qədər belə hesab edilirdi ki, Azərbaycan bayrağının rənglərini mənalandıran “türkləşmə”, “islamlaşma”, “müasirləşmə” prinsiplərini ilk dəfə Ziya Gögalp irəli sürmüşdür. Tədqiqatlar göstərir ki, bu, yanlış fikirdir. Çünki həmin üç əsas amili bir prinsip kimi irəli sürən ideoloq Əli bəy Hüseynzadədir.
Hələ 1905-ci ildə Əli bəy Hüseynzadə üç təməl –türkləşmək, islamlaşmaq, müasirləşmək prinsipini irəli sürmüşdür. Bu üç təməlin üç rənglə ifadə olunması isə Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü idi. Mavi rəng – türklüyün, qırmızı rəng—hürriyyət və mədəniyyətin, yaşıl rəng isə --islamiyyətin rəmzidir. Habelə ilk dəfə azadlıq, ədalət və müsavat şüarlarını irəli sürən də Əli bəy Hüseynzadədir. O, eyni zamanda, həm ziyalılar, həm də geniş xalq kütlələri arasında böyük maarifçilik işi aparırdı.
Ümumtürk ədəbi dilinin yaradılması və bu ideyanın həyata keçirilməsində də onun əməyi böyükdür və demək olar ki, Əli bəy Hüseynzadənin əsas fəaliyyəti bu istiqamətə yönəlmişdi. Onun ictimai-siyasi görüşlərində Azərbaycan milliyyətçiliyi ideologiyası da böyük bir sahəni təşkil edirdi. Əsrin əvvəllərində Azərbaycanda meydana çıxan milliyyətçilik (Azərbaycançılıq) ideologiyasının nəzəri cəhətdən dolğunlaşdırılması və formalaşdırılmasında Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və sair bu kimi publisistlərlə yanaşı, Əli bəy Hüseynzadənin də mühüm rolu olmuşdur.
Azərbaycan milliyyətçiliyi ideologiyasının meydana çıxması , hər şeydən əvvəl, Azərbaycan türklərinin milli intibah dövrü keçirdiyini, milli oyanışını, milli şüurunun inkişaf etdiyi prosesi əks etdirirdi. Bu ideologiyanın qarşısında millətin öz milli mədəniyyətini qoruyub saxlamaq, onu inkişaf etdirərək daha yüksək səviyyəyəqaldırmaq, yad və yabançı təsirlərdən qorumaq kimi mühüm və təxirəsalınmaz vəzifələr dururdu.
Əli bəy Hüseynzadə həm də Qərb mədəniyyətinin ilk təbliğatçısı kimi tanınır. “Həyat” qəzetinin səhıfələrində dərc olunmuş məqalələrində qərbin texniki, mədəni tərəqqisinin nailiyyətlərinə , fəlsəfəsinə, tarixinə, sosioloji nəzəriyyələrinə dərindən bələd olan birfilosof kimi çıxış edir. O, Kant, Hegel, Fixte, Nitşe, Dyurmheym, Spenser və sair kimi məşhur filosoflar və onların əsərləri haqqında məlumat verməklə yanaşı, əsərlərindən tərcümələr də etmişdir.
Türk dünyası üçün müxtəlif nəzəriyyələr yaradan, böyük ideyalar ardınca qaçan Əli bəy Hüseynzadə, çox təəssüf ki, öz doğma xalqının dilini belə müstəqil dil kimi qəbul etməmişdir. Qəzet və jurnal səhifələrində biz ancaq “türk dilinin Azərbaycan şivəsi” anlayışına rast gələ bilərik. Bu da, ola bilsin ki, onun türk dilli xalqlardan vahid bir “türk milləti” yaratmaq və “Böyük Turan” dövlətini qurmaq ideyalarından irəli gəlirdi.
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi
.