Modern.az

“Respublika”  qəzeti: “İnternet mediası satışımızı zəiflədib”

“Respublika”  qəzeti: “İnternet mediası satışımızı zəiflədib”

Media

28 Fevral 2017, 09:33

Hazırki dövrdə internet mediası operativ informasiya mənbəyi olaraq, ənənəvi (çap) mətbuatı geridə qoyur. Online medianın sürətli inkişafı çap mətbuatının zamanla geriləməsinə, bəzilərinin isə ümumiyyətlə sıradan çıxmasına səbəb olur.
Hazırda ölkəmizdə bir neçə rəsmi qəzet fəaliyyət göstərir ki, onların bəzilərinin işi demək olar ki, nəzərə çarpmır. Bu qəzetlərdən biri də  1990-cı ildən Nazirlər Kabinetinin mətbu orqanı kimi fəaliyyətə başlayan “Respublika” qəzetidir.

“Respublika”  qəzeti online media ilə ayqlaşa bilirmi?

Qəzetin baş redaktor müavini Hümbət Musayev Modern.az-a deyib ki, “Respublika” hər gün 5000 tirajla çıxır.

“İnternet media ortaya çıxandan sonra qəzetin satışında müəyyən azalma müşahidə edilir. Amma “Respublika” qəzeti  onlayn media ilə əməkdaşlıq edərək, fəaliyyətini davam etdirir.  İnternet mediası ilə ənənəvi media birgə fəaliyyət göstərərsə, bu mətbuatımızın inkişafına səbəb ola bilər. Qəzetimizin fəaliyyətində heç bir problem yoxdur, hər zamanki sürət ilə davam edir. “Respublika” qəzeti ölkənin maraqlarına uyğun olaraq fəaliyyət göstərir”.

 

Qafar Ağayev

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü