18 yanvar 2018, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Deputat: “Müxalifət “lülə qurutmaqla” məşğuldur” - MÜSAHİBƏ
Deputat: “Müxalifət “lülə qurutmaqla” məşğuldur” - MÜSAHİBƏ
10.03.2017, 11:25

Elşən Musayev: "Hələ də kirayə yaşayıram, maşınım da ən ucuz maşındır"

 

Milli Məclisin deputatı Elşən Musayev Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

-Elşən müəllim, parlamentə deputat seçiləcəyinizi gözləyirdiniz? Təxminən nə zamandan deputat seçilmək qərarına gəldiniz?

-Ümumiyyətlə düşünürəm ki, bir tək siyasətçi deyil, istənilən fəaliyyət növünün təmsilçisi özünü hər zaman müsbət məqamlara, çalarlara, hadisələrə kökləməlidir. Və məşğul olduğu işin uğuruna, xoş gözləntilərinə inanmalıdır. Mən də o cür olmuşam, daim gələcəyə inanmışam, üzərimdə işləmişəm, düzgün bildiyim, sevdiyim yolda yürümüşəm. Nəhayət üçüncü cəhddə millət vəkili seçilmişəm.

-Belə deyirlər ki, guya planlı şəkildə olub.

-İnanın, bu hansısa planlama ilə baş verməyib. Ya da belə deyək: qərarım və ya ən böyük arzum heç də “illah ki, Parlament üzvü olmalıyam”- radiusunda dövr etməyib. Mənim ən böyük məqsədim yaxşı siyasətçi kimi yetişmək olub, səhv etməmək olub, getdiyim yola sadiqlik olub. Şükürlər olsun, indiyə qədər də məqsədlərimdən sapmamışam. Bilirsiniz, insan ən azından özü öz qəlbində nəyi nə üçün, hansı niyyətlə arzuladığını bilir. Bu minvalla hətta parlament arzum nə vaxtsa beynimdə digər arzulardan daha ağır gəlibsə belə xoş niyyətdən, insanlara daha çox yaxın olma istəyindən gəlib. Mənim üçün status qulluq anlamı daşıyır. Kiçiyi də, böyüyü də. Seçicilərlə işləmək, onların ən xırda işinin, probleminin həllinə vəsilə olmaq həqiqətən çox gözəldir. Bu baxımdan işimi çox sevirəm və fəxr edirəm ki, Azərbaycan parlamentinin üzvüyəm.  

-Seçicilər dediniz. Seçiciləriniz ən çox nədən şikayət edirlər?

-Seçicilərimlə həm Zaqatalada, həm də Bakıda görüşürəm. Elə növbəti görüşdən yenicə qayıtmışam. Ən az ayda 2 dəfə bir neçə günlük rayona səfər edirəm. Mən olmadığım vaxtlarda da köməkçim səhər 9-dan axşam 6-ya qədər iş otağında olur və nə problem olsa, anındaca mənə məlumat verir, məni seçicilərimlə əlaqələndirir.
Şikayətə gəlincə isə...Əslində şikayət deməzdim, amma müəyyən problemlər var. Sırf bölgələr üçün spesifik problemlərdən gedir söhbət. Onları da mənə xahiş və müraciət formasında  çatdırırlar. Dərhal. Bəzən baxırsan, sadəcə harasa sorğu göndərmək, kimisə zəng edib məlumatlandırmaq, əlqərəz  vasitəçi funksiyası həyata keçirmək lazımdır. Onu da böyük məmnuniyyətlə edirəm. Düzdür, ara-sıra işimə, statusuma aidiyyəti olmayan digər xahişlər də olur.  Amma bacardıqca, həmin insanların da ümidini qırmamağa çalışıram. Yəni, mümkündürsə həll edirəm. Ən azından buna çalışıram.

-Zaman-zaman müxalifətlə yanaşı, məmurların da ünvanına tənqidi fikirlər səsləndirmisiniz. Amma parlament kimi mötəbər tribunadan məmurlar əleyhinə danışdığınızı görməmişik. Səbəbi nədir?

-Parlament işi siyasətçi kimi fəaliyyətimin bir qoludur. Və hesab etmirəm ki, parlamentdə nəyisə deməməyimə, yalnız parlament fəaliyyətimə görə gördüyüm işi kompakt miqyasda səciyyələndirmək olar.

Dediyiniz məsələləri, mövzuları mediada qabardıram. Üstəlik, yetərincə. Elə əsas da söhbət məmurlarla bağlı fikirlərimdən gedir. Amma deyim ki, mən millət vəkili olana qədər məmurların fəaliyyətindən daha çox sosial problemləri qabartmışam. Ən çox oxunan, tirajlanan yazılarım da məhz sosial sahəyə aid yazılarım olub.  Hərgah, ara-sıra məmurlarla da bağlı çox sərt açıqlamalar verdiyim xatirimdədir. İndi də nəsə neqativ, cəmiyyət üçün, dövlət üçün zərərli  addımlar görəndə bunu çəkinmədən deyirəm və yazıram.

-Partiyanız (Azərbaycan Demokratik Maarifçilik Partiyası) dövlətdən nə qədər maliyyə yardımı alır və bu pullar nəyə xərclənir?

-Partiyaların maliyyələşməsi qanunla tənzimlənir. Məbləğ də hamıya məlumdur. Həmin maliyyə isə əsasən işçilərin əmək haqqlarına, ezamiyyətlərə və digər cari məsələlərə xərclənir. İldə də bir dəfə hesabat veririk.

-Deputat seçiləndən sonra müxalifəti daha az tənqid etdiyiniz qənaətindəyəm. Niyə belə oldu?

-Müxalifətə istiqamətlənən tənqidlərimin, iradlarımın səngiməsi obyektiv səbəblərlə bağlıdır.  Təbii, söhbət radikal müxalifətdən gedir. Daha dəqiqi: əvvəl onlar vardılar, səsləri-küyləri gəlirdi, imitasiya xətrinə də olsa görünürdülər. İndi isə yoxdurlar, heç vızıltıları da eşidilmir.  Belə olan halda monoloqmu deyim? Öz-özüməmi danışım? Ayrıca, mənim üzərinə getdiyim müxalifət dağıdıcı müxalifət olub. Ələlxüsus da iki əsas sima: İsa Qəmbər və Əli Kərimli. Onlardan birincisi siyasi həyatdan ümumən qeyb olub, silinib. Hazırda haralardadır, indi kimin başını yeyir, xəbərim yoxdur. Digəri isə sosial şəbəkələrdə “lülə qurutmaq”la məşğuldur. Mən isə belələrinə zaman ayıracaq qədər bekar deyiləm. Düzdür, səhv eləmirəmsə Prezident seçkiləri ərəfəsi idi - bir-iki dəfə Əli Kərimlini media vasitəsilə öz meydanlarında, öz cəbhələrində debata çağırdım. Onu “Azadlıq”radiosuna dəvət elədim. Dedim, təpərin varsa dur gəl. Gəlmədi. Amma daha sonra biləndə, məlumatım olanda ki, adam qız – qadın ismləri  ilə Facebook-da profil yaradıb statuslar yazır, anındaca bu inadın başını buraxdım. Hər halda “Səbişka”, “Ləmanka” adı altında gizlənən siyasətçidən, daha doğrusu özünü siyasətçi sayan möhtəkirdən nə qədər uzaq olsam bir o qədər yaxşıdır. 

-Zaqataladan deputat seçilmisiniz. Zaqatala bölgəsi bilirsiniz ki, radikal qruplaşmaların məskən saldıqları məkanlardan biridir. Deputat kimi problemin aradan qaldırılması üçün nələr təklif edirsiniz?

-Zaqatalanın bu gün belə bir problemi yoxdur. Radikal təriqətlərin, qruplaşmaların fəal olduğu dövr artıq geridə qalıb. Ən azından deputat olduğum müddət etibarilə dediyiniz mövzuda xüsusi məlumata rast gəlməmişəm. Ona görə də xüsusi təklif verməyə ehtiyac görmürəm.

-Müsahibələrinizin birində demişdiniz ki, kirayədə qalırsınız. Deputat maaşı alsanız da, yəqin ki, bu sizə bəs etməz, çünki kirayəpulu verirsiniz. Bununla bağlı zəhmət olmasa danışardınız...

-Mən bu gün də kirayə yaşayıram. Yasamalda, Şərifzadə küçəsində. Və bu mənim üçün xüsusi diskomfort yaratmır. Kompleksə də girmirəm. Yetər ki, əzizlərim, sevdiklərim sağlam olsun, yanımda olsun, qazandığım pul, Allahın verdiyi ruzi, dövlətin verdiyi əmək haqqı hansısa xəstəliklərin müalicəsinə-filana getməsin. Ayıq-sayıq beyinlə, sağlam ruhla dövlətimə, doğma Azərbaycanıma faydalığım artsın, bəsimdir. Mən pul, var-dövlət sevdalısı deyiləm. Maaşımdan da tam qaneyəm. Hər şeyimə çatır. Şükürlər olsun.

-Avtomobiliniz bahalıdır?

-Avtomobilim bahalı deyil. Çox ucuzdur. Hətta lap ucuz. Amma bundan on yox, yüz dəfə də artıq pulum olsa, yenə maşın üçün izafi xərc çəkmərəm. Ayağımı yerdən götürsün, mənim üçün kifayətdir.

-Həmkarlarınızdan biri -Araz Əlizadə deyir ki, Azərbaycan üçün erməni problemini Osmanlı yaradıb. Digər həmkarınız Arif Rəhimzadə isə deyir ki, azərbaycanlılar etnik cəhətdən türk olsalar da, bu, tam fərqlidir. Siz nə deyəcəksiniz bu haqda?

-Araz Əlizadə  və Arif Rəhimzadə  siyasətdə naşı olmayan adamlardır. Hər ikisi ilə də çox gözəl, səmimi münasibətim var. Amma paralel olaraq  da hər bir deputatın müstəqil fikir söyləməkdə sərbəst olduğunu düşünürəm. Yox əgər məqsədiniz  sırf bu mövzuda fikrimi öyrənməkdirsə... o zaman mən də eyni müstəqilliklə  fərdi düşüncəmi, yanaşmamı ifadə edim: Zənnim və qənaətimcə, erməni problemini yaradan yırtıcı, işğalçı Ermənistan dövlətidir. Eyni zamanda onun hamiləri və himayədarları. Özümü isə birmənalı şəkildə azəri türkü hesab edirəm.

-Səmimi cavab verin, ürəyinizdən vəzifə sahibi olmaq keçir?

-Millət vəkili olmağın özü yetərincə böyük status, ciddi öhdəlikdir. İlk öncə bu adı doğruldum, gerisi qismətdir. Taleyimdə, alın yazımda nə varsa, onu da yaşayacam. Mənim ən böyük amalım, arzum getdiyim yolda insanların mənə etibar etməsidir. Daşıya biləcəyim ən böyük, ən şərəfli vəzifə də - ləyaqətli, dürüst, birsifətli olmaqdır. Başqa iddiam yoxdur.

-Həmişə bu sualları çoxuna verirəm. Dinə münasibətiniz necədir? Əhatəli zəhmət olmasa.

-İnanclı insanlara böyük hörmətim var. Amma o şərtlə də inanc sözü dırnaq içində yazılmasın. Yəni, söhbət dinin mahiyyətini dərk edənlərdən, dini anlayaraq inanclı olanlardan gedir. Özüm namaz qılmıram. Sonuncu dəfə tələbə ikən 2 il ardıcıl olaraq oruc tutmuşam. Və bu gün dinin buyurduğu vacib  rituallardan yalnız ikisinə riayət edirəm:  Qurban kəsmək və Ramazan ayında evdən fitrə çıxarmaq. Ayrıca, radİkal dindarlığın, ifrata varmağın qəti eleyhdarlarındanam. Və hesab edirəm ki dərin məntiqi, mütaliəsi, geniş dünyagörüşü olan heç bir kəs dinin radikal və ifrat dərəcəsinə, həddinə qədər irəliləməz.    

-Kimlərsə Milli Məclisin fəaliyyətini tənqid edir, ittihamlar səsləndirir. Bu sizdə bir deputat kimi qıcıq yaratmır?

-Milli Məclis haqda neqativ fikirlər, ittihamlar səslənəndə fərd olaraq özümdən çox ümumi ad üçün pis olaram, narahatlıq keçirirəm. Çünki Azərbaycan parlamentində çox dəyərli millət vəkilləri var, o parlamentin  son dərəcə işlək və koordinasiya olunmuş Aparatı və həmin Aparatın çox zəkalı, savadlı, təcrübəli əməkdaşları var. Bu səbəbdən kiminsə dediyi sözə cavab olaraq bütünlükdə Milli Məclisi hədəfə almaq, ittihamı cəm şəklində hamıya şamil etmək düz deyil. Parlamentdə yetərincə demokratik mühit var və həmin mühitin nəticəsidir ki, deputatlar öz fikirlərini açıq və tam müstəqil formada ifadə edə bilirlər. Hər kəs də öz dediyinə, öz hərəkətinə cavabdehdir.   

-Övladlarınız, ailəniz haqqında məlumat verərdiniz.

-Ailə haqda çox danışmağı sevmirəm. Çünki bu kontekstdə bir suala cavab verəndən sonra digər sualların estafeti başlayır və beləcə özəl həyatın təfərrüatları xırdalanır. Sadəcə deyim ki, 1 qızım var. Fidan. 11 yaşındadır. 5-ci sinifdə oxuyur. Onu çox sevirəm. Qızıma inanılmaz dərəcədə çox, hətta aşırı, patoloji bağlıyam.

 

-Hansı kitabları oxuyursunuz?

-Klassiklərin çoxunu universitetdə təhsil aldığım zamanlarda oxumuşam. İndi isə daha kiçik janrlı bestellerlərə üstünlük verirəm. Ən son oxuduğum kitab isə “Diri-diri yandırılmaq...” başlıqlı bestellerdir. Suad adlı müəllif tərəfindən yazılıb və söhbət Afrika ölkələrindəkı qadın hüquqsuzluğundan gedir.

-Azərbaycan ədəbiyyatının gücünü bəzən çox şişirdirlər deyə, düşünürəm. Sizcə Füzuli ilə dünya arenasına çıxmaq şansımız hələ də qalırmı?

-Azərbaycan ədəbiyyat sahəsində çox böyük nəhənglər yetişdirib. Elə dünya tarixinin “intibah dövrü”nə nəzər salsaq görərik ki, Azərbaycan kökənli nasirlərin, şairlərin vurduğu möhürlər, qoyduğu imzalar hansı miqyasdadır. Odur ki, Füzuli ilə də, bizim adımız olan digərləri ilə də dünya arenasına çıxmaq şansını hər zaman saxlayacayıq. Yetər ki, özümüzə aid olanların tanıtım və təbliğat işini düzgün istiqamət üzərindən yönləndirək.

 

Aqşin KƏRİMOV


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ hərbi qüvvələri Suriyada qalacaq
18.01.2018, 00:59

ABŞ hərbi qüvvələri Suriyada qalacaq

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək
18.01.2018, 00:47

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

Qızılcadan ölənlərin sayı artır
18.01.2018, 00:31

Qızılcadan ölənlərin sayı artır

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı
18.01.2018, 00:15

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi
17.01.2018, 23:58

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi

Ev almağa gedərkən bütün pulunu itirdi - Video
17.01.2018, 23:43

Ev almağa gedərkən bütün pulunu itirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.01.2018, 23:27

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar
17.01.2018, 23:13

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı
17.01.2018, 23:00

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı

Avtomagistralda 50-dən çox maşın toqquşdu
17.01.2018, 22:43

Avtomagistralda 50-dən çox maşın toqquşdu

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı
17.01.2018, 22:31

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı

Şəkidə özünü asmaq istəyən qadın xilas edilib
17.01.2018, 22:14

Şəkidə özünü asmaq istəyən qadın xilas edilib

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI
17.01.2018, 21:57

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır
17.01.2018, 21:43

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov
17.01.2018, 21:27

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov

Tramp jurnalisti mətbuat konfransından qovdu
17.01.2018, 21:14

Tramp jurnalisti mətbuat konfransından qovdu

Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı
17.01.2018, 20:59

Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı

Bütün qərarsız radar cərimələri silindi
17.01.2018, 20:46

Bütün qərarsız radar cərimələri silindi

Şəmkirdə 26 yaşlı gənci güllələyənə cinayət işi açıldı – Yenilənib
17.01.2018, 20:28

Şəmkirdə 26 yaşlı gənci güllələyənə cinayət işi açıldı – Yenilənib

Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi
17.01.2018, 20:16

Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR
17.01.2018, 20:01

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı
17.01.2018, 19:51

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib
17.01.2018, 18:56

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq
17.01.2018, 18:44

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq

NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”
17.01.2018, 18:27

NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”

Azərbaycanın Xalq artisti vəfat edib
17.01.2018, 18:15

Azərbaycanın Xalq artisti vəfat edib

Peşə məktəblərində çalışan müəllimlərin maaşı artırıldı
17.01.2018, 18:08

Peşə məktəblərində çalışan müəllimlərin maaşı artırıldı

Novruzəli Orucovun oğluna hökm oxundu - 4 il 6 ay
17.01.2018, 17:48

Novruzəli Orucovun oğluna hökm oxundu - 4 il 6 ay

Tənha insanlar üçün yeni nazirlik yaradıldı
17.01.2018, 17:43

Tənha insanlar üçün yeni nazirlik yaradıldı

146 milyon manat güzəştli kredit verilib
17.01.2018, 17:37

146 milyon manat güzəştli kredit verilib

Prezident Administrasiyasında təyinat oldu - Yeni şöbə müdirinin tərcümeyi-halı   
17.01.2018, 17:33

Prezident Administrasiyasında təyinat oldu - Yeni şöbə müdirinin tərcümeyi-halı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.01.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi
17.01.2018, 17:08

Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi

Rəsmi Bakı BMT Baş katibinin Qarabağ çağırışını DƏSTƏKLƏDİ
17.01.2018, 17:04

Rəsmi Bakı BMT Baş katibinin Qarabağ çağırışını DƏSTƏKLƏDİ

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...
17.01.2018, 17:00

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.0%)
- Geyimə(3.50%)
- Müalicəyə(5.44%)
- Kommunal xidmət haqlarına(13.6%)
- Təhsilə(2.33%)
- İstirahətə(1.16%)
- Kitaba(0.77%)
- Rüşvətə(4.28%)
- Əyləncəyə(0.77%)
- Digər şeylərə(14.0%)