20 iyul 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Türklər kimdir və kimlərdən ibarətdir?
Türklər kimdir və kimlərdən ibarətdir?
11.03.2017, 13:30

Nəsiman Yaqublu, tarix elmləri doktoru

 

Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin məşhur əsərinin adını bu yazının başlığına ona görə gətirdim ki, fikrim oxuculara daha aydın olsun.Son zamankar Azərbaycan cəmiyyətində müəyyən insanların Türkiyə və türklük əleyhinə çıxışlarına iki dahi şəxsiyyətimizin əsərlərini oxumaq tövsiyyəmlə cavablandırıram.Biri Ə.Hüseyinzadənin “Türklər kimdir və kimlərdən ibarətdir”əsəri,ikincisi isə Azərbaycan milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə.Rəsulzadənin “Qafqasiya türkləri” əsəridir.Bu əsərləri oxumadan nəinki Azərbaycan türkləri, eləcə də  ümumiyyətlə türklər haqqında fikir söyləmək savadsızlıqdır.

 

İndi həmin əsərdən bir hissəni oxuculara təqdim edirəm. 

 

 

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ, "QAFQASİYA  TÜRKLƏRİ"

 

 

1) QAFQASİYA  XƏRİTƏSİNƏ BİR NƏZƏR

 

Mövzumuzu təşkil edən Qafqasiya türklərinin tarixi müqəddəratlarını seyr et­mək­­dən əvvəl, bunların hal-hazırda tutduqları coğrafi sahəyi səthi də olsa, nəzərdən ke­çir­məliyiz. Bu məqsədlə qısa, fəqət zənnimcə, məxsusi bir üsula müraciət üçün müsai­dənizi istərim.

 

Qarşımda etnoqrafik bir xəritə duruyor. Bu yetmiş iki milləti ilə məşhur və əski mühərrirlərcə Babil qülləsinə bənzədilən Qafqasiyanın xəritəsidir. Rəngarəng boya­ları ilə adətən Şərq xalısını andıran bu lövhədə nəzərə çarpan hakim rəng sarı boyadır. Xəritənin bilxassə şərq və cənub qismini qaplayan bu rənglə ümumiyyətlə müsəlman millətlər işarət edilmişdir.

 

Bugünkü Azərbaycan Cümhuriyyəti ilə Dağıstan Cümhuriyyətini təşkil edən, Xəzər dənizinə bitişik Şərqi Qafqasiya həmən tamamilə sarıdır. Bu “sarılıq”ı xəritəcə haiz olduğu mənada deyil, qövmi mənada alırsaq belə, seyr edəcəyimiz mənzərə üzə­rin­də pək radikal bir təsir yapmaz. Şunu da əlavə etməliyik ki, “sarı boya” yalnız bu iki məmləkəti deyil, Ermənistan ilə Gürcüstandan bir qismini dəxi boyadığı kibi, Terek nəhrindən yuxarı, Şimali Qafqasiyanın da bir hissəsini tutar.

 

Boyaların müxəyyiləyə təlqin etdiyi hissi rəqəmlərin mühakiməyə xitab edən bəlağəti ilə qarşılaşdıralım: Xəzər dənizi ilə Qara dəniz arasında yüksək silsilələr şək­lin­də uzanan Qafqas dağları bu qitəyi Şimali Qafqas və Mavərayi-Qafqas deyə iki qismə bölüyor. Şimali Qafqasiya, məsahəyi-səthiyyəcə 166 verst mürəbbedir. Burada 1923 is­ta­­tistikinə görə, məcmui 5,5 milyon nüfus yaşamaqdadır ki, bundan təqribən 3.500.000 rus və Ukrayna kazaklarına çıxıldıqdan sonra mütəbaqi 2.000.000 qaf­qasi­yalıdan təq­ri­bən 600.000-i türkdür. Mavərayi-Qafqasiyaya gəlincə 200 verst mürəbbe bir məsahə  üzə­­rində yaşayan 5,7 milyon əhalidən 2,3 milyonu türk, 1,9 milyonu gürcü, 1,3 milyonu erməni, geridə qalanı da türk olmayan müsəlman millətlərlə rus və sairədir. Şu 11,2 mil­yonluq Qafqasiya nüfusundan, Şimali Qafqasiyada Terek, Stavropol və Kuban vila­yət­lərində kütlə halında yaşayan rus və ukraynalıları (3.500.000) çıxdıqdan sonra, Qaf­qa­siya yerlisi olaraq 7,7 milyon qalıyor ki, bundan 4,8 milyonluq (63%) müsəlmanlar, 2,9 milyonu (38%)  də  türklər təşkil edərlər.

 

Bugünkü siyasi təqsimata görə Qafqasiyadakı türk ünsürü əsl kütlə olaraq Azər­bay­­can Cümhuriyyətini, qismən də Dağıstan Cümhuriyyətini təşkil elədiyindən, bu mə­qa­­lədə bilxassə bu iki təşəkkül üzərində duracağız.

 

Siyasi coğrafiya nöqteyi-nəzərindən Azərbaycan “Mavərayi-Qafqas”, Dağıstan “Şimali Qafqas” hökumətlərindən ədd olunuyorlarsa da türk irqinin ötədən bəri yayılış sahə­­sini təşkil edən Xəzər sahillərindəki Şərqi Qafqasiya qitəsi bu iki məmləkəti yek­di­gərinə sıxı surətdə bağlamaqdadır. Bu mərbutiyyət həm irqi, həm də iqtisadidir. Gilan sahillərindən tutaraq, türkcə Dəmir Qapı namıyla məruf Dərbənd keçidindən keçərək, Sulak nəhri hövzəsində vaqe Xassayurddan ta Astraxana qədər dayanan bu ərazinin əsas səkənəsini təşkil edən qövmlər böyük türk irqinə mənsubdurlar. Bundan maəda Azərbaycan ilə Dağıstan iqtisadən də də yekdigərlərinə mərbutdurlar. Bilxassə bunu və bunun qədər mühüm olan idari mülahizələri nəzərə alaraq, çar zamanında belə, Dağıstan vilayəti Şimali Qafqasiyadan ayrılaraq mümtaz bir vilayət şəklində olsa da, idarətən Mavərayi-Qafqas “Visruvalığı”na rəbt edilmişdi.

 

 

2) TÜRK ÜNSÜRÜNÜN QAFQASİYADA YERLƏŞMƏSİ

 

 

Qafqasiya türklərindən və bunların tarixi müqəddəratlarından bəhs edərkən onu Azərbaycan türklərindən ayrı olaraq tələqqi və hələ tədqiq etmək, fərzən, bəhsi Aras nəhrinin ancaq şimalına həsr eləmək imkanı qətiyyən yoxdur. Orta zaman tarixlərində Şir­van və Arran namları ilə məruf olan Şərqi Qafqasiya ilə bugünkü Azərbaycan Cüm­hu­riyyətini təşkil edən məmləkətlərlə şimalda Dağıstan, cənubda Azərbaycan (İran Azər­­baycanı) məmləkətlərinin tarixi müqəddəratları müştərək olmuşdur. Şimali Qafqa­si­yanın türk qövmləri tərəfindən iskanı mövzui-bəhs olunca bu bəhsin eyni zamanda Azərbaycana da şamil olacağı təbiidir. Bunun üçün də biz işbu məqaləmizdə, “Şərqi Qaf­qasiya və Azərbaycan”  tərkibini qullanmaq zərurətini hiss ediyoruz.

 

Türklərin hal-hazırda oturduqları Qafqasiya torpaqlarının ən qədim zaman­lar­dan bəri sakinləri kimlərdir? Buranın qədim yerliləri türk irqinəmi, yoxsa başqa bir irqə­mi mənsubdu? Bu suala qətiyyətlə cavab verə bilmək üçün məruf “Turan nəzəriyyəsi” tərə­findən ortaya qoyulan məsələlərin fənnən həllini bəkləməlidir. Şumerlərin, akad­la­rın, əski midiyalılarla hititlərin türk irqinə mənsubiyyətlərini iddia edənlərcə bu sualın cava­bı müsbətdir. Nəzəriyyəyi şübhəli bulanlar isə bura yerlilərini akademik Marr tə­rə­­fin­dən irəli sürülən yafəsilərə intisab etdirirlər. Bu məktəbə görə şərqi-qərib ilə bil­xas­sə Qaf­qasiyada qədim zamanda yafəsi denən müstəqil bir irqə mənsub qövmlər yaşı­yor­muş. Bu məsələnin həlli üçün Heredot ilə Strabonun sak, iskit, kimmeri və massacta namı ilə qeyd etdikləri qövmlərin  mahiyyətləri də bilinmək lazım.

 

Fəqət biz, fənnən daha qaranlıq bulunan bu məsələyi dövri-qədim mütə­xəs­sis­lərinə tərk edəlim də, elm və fənnin işığı ilə görüləcək şübhəsiz və müsbət vaqiələri seyr və müşahidə edəlim. Bu müşahidə bizə müxtəlif zamanlarda Qafqasiyaya doğru axan türk yayılışını bütün böyüklük və ehtişamı ilə göstərir və bunu yalnız kitablar və kita­bə­lər deyil, türklərin bu gün yaşadıqları yerlərdə dağların başına çəkilən qeyri-türk qafqa­si­yalıların lisani-halları dəxi bizə anlatmaqdadır.

 

Miladi V əsr ortalarında müxtəlif türk qövmlərinin şimal steplərindən Qafqa­si­ya­­ya keçərək İran üzərinə saldırdıqları məlumdur. Dərbənd ilə Daryal keçidlərində sasa­nilər tərəfindən vücuda gətirilmiş bulunan sədlər və bunlar ətrafında iskan olunan iranlı mühafizlər işbu axınları durdurmaq üçün təşəbbüs edilmiş çarələrdi. Cənubi Rusi­ya steplərində, “Don” ilə “Terek” nəhrləri hövzələrində yaşayan türk köçəbələri bəzən də yerli xalqın dəvəti üzərinə Cənubi Qafqasiyaya gəliyor, İran əleyhində zühur edən üsyanları təqviyə ediyorlardı. Şu dövrdə gələn türk qövmlərinin bir qismi də Ağ Hun və yaxud Halandürüklər, digər qismini də Attila komandasında gələn “Ağaçərilər” təşkil eləmişlərdir.

Daha qüvvətli türk axını VII əsrin ibtidalarında vüqu bulmuşdur. Bizans impe­ra­toru II Herakliusun müttəfiqləri sifətilə Qafqasiyaya girən Xəzər türkləri Tiflisi müha­sirə və zəbt eləmişlərdi. II Xosrovun düçar olduğu həzimət, Sasani imperatorluğundakı hərcü-mərc, III Yezdəgerd əsrində İran sülaləsinin inqirazı və bütün amillər, şübhəsiz, bir çox zaman Xəzər türklərinin Mavərayi-Qafqasiyaya sühulətlə enmələrinə və burada birləşmələrinə imkan vermişdir.

Ərəb istilası şimaldan gələn türk axınını durdurmuşdur. Sasanilər kibi Dərbənd istehkamlarına fövqəladə əhəmiyyət verən ərəb fatehlərinin bu məsələdəki fəaliyyətləri bütün ənənatı  ilə “Dərbəndnamə”də  zikr edilmişdir.

 

Fəqət məmləkətdə fars ünsürünün çoxalmasına səbəbiyət verən və eyni zamanda Xəzər axınına sədd çəkən ərəblər, cənubdan gələn türk yayılışına pək də mane ola­ma­dı­lar. Bağdad xəlifələri Türküstanda cəlb etdikləri əcir əsgərlərə dayanmaq zərurətinə düş­müş­lərdi. Bu könüllü türk cəngavərləri sayəsində idi ki, IX əsri-miladi ibtidalarında, Bağdad xilafəti üsyan halında bulunan Qafqasiya vilayətlərini hakimiyyəti altında tuta biliyordu. Əmir Buğanın Gəncə həvalisindəki Şəmkir şəhərini ehya edərək buraya  isla­­miyəti qəbul etmiş Xəzər mühacirlərini yerləşdirdiyi məlumdur.

 

Şərqi Qafqasiya ilə Azərbaycanın gözəl ovaları ilə mükəmməl yaylaları türk köçə­bələrinin daima sevdikləri ərazini təşkil eləmiş, şimaldan gələn ellər burasını mə­nim­sədikləri kibi, cənubdan gələnlər də burada yerləşmiş və yurd salmışlardır. XI əsrdə Azərbaycan və Qafqasiyaya girən Səlcuq türkləri buralarda ciddi bir müqavimətə uğra­mıyorlardı. Səlcuqilərin buralarda sühulətlə yerləşə bilmələri ancaq kəndilərindən əvvəl gəlib də buralarda yerləşmiş bulunan türk ellərinin mövcudiyəti ilə izah edilə bilir. Səl­cuq imperatorluğunun əsasını təşkil edən türk köçəbələri əksəriyyətlə Türkmən-Oğuz əşirətlərindən ibarət idi. Bu aşirətlər kəndilərindən əvvəl gəlib də burada yerləşmiş bulu­nan digər türkmənlərlə birləşərək, qismən Şərqi Qafqasiya ilə Azərbaycanda qalmışlar və əksəriyyətlə buradan keçərək Anadoluda yerləşmişlərdir.

 

Bu ana qədər Azərbaycan ilə Qafqasiya məmləkətlərində yerləşən türk qövmləri arasında şimaldan gələn Qıpçaq elləri əksəriyyət təşkil ediyordu. Şöylə ki, Səlcuq impe­ratorluğunun parçalanması üzərinə 1146 sənəsində Azərbaycanda istiqlalını elan edən Atabəy sülaləsi bir Qıpçaq sülaləsi idi. Digər namla Pəhləvanilər sülaləsi deyə məruf olan bu sülalənin hökmran olduğu 81 sənə əsnasında Azərbaycan ilə Şərqi Qafqasiyaya yenidən bir çox türk qəbilələri cəlb və iskan edilmişlərdir.

 

XIII əsr ibtidalarında Pəhləvani sülaləsinin hakimiyyətinə xatimə verən Xa­rəzm­şahilər zamanında da Azərbaycan ilə Qafqasiya məmləkətlərinə yeni türk qövm­ləri yerləşdirilmişdir. Xarəzmilər zamanında Aras nəhrindən çəkilən dörd böyük kanal­la suvarılan Muğan səhrasında təsis olunan məmurələr münhəsirən türk zarelərlə iskan edilmiş bulunuyordu.

 

XIII və XIV əsr türk-moğol istilasının əsridir. Cingizin kəndisi, koman­dan­la­rı­nın əksərisi və nəşət etdiyi qövm moğol olmaqla bərabər, moğol ordularının qismi-külli­sini həmən türk elləri təşkil ediyordu. Budəfəki türk axını həm şimaldan, həm də cənub­dan gəliyordu. Bu iki axın bir dəfə “Terek”, sonra da Kür nəhri hövzələrində Hülakü ilə Bərəkə xan qüvvətlərinin müdhiş müsadimələri şəklində qarşılaşıyordu. Moğol istila­sı­nı mütəaqib Azərbaycanda təəssüs edən Elxanilər hökuməti əsnasında, Cəlairi sülaləsi zamanında və sonra türkmən sülalələrindən Ağqoyunlularla Qara­qo­yunlular dövrün­də Azərbaycan ilə Qafqasiya məmləkətlərinə külliyyətli surətdə türk qövmləri gəlmiş, bu gələnlər miyanında türkmən-oğuz əşirətləri bilxassə əksəriyyət təşkil eləmişlərdir. Böyük Timur bu həvaliyə üç dəfə səfər eləmiş, bu səfərlər də Qaf­qa­siya məmləkətləri ilə Azərbaycanda türk ünsürünün qüvvətlənməsini mucib olmuş­dur. Moğol istilası mü­vər­rixlər tərəfindən şərqdə etnoqrafik pək böyük bir inqilab dövrü kibi tələqqi edil­mək­də­dir. Azərbaycan ilə Şərqi Qafqasiya bu dövrdə kamilən türkləşmiş və qəribi bu ki, bu­günkü şiə İranın müəssisi ədd olunan Səfəvi sülaləsi Azərbaycan türk şeyxləri miya­nın­dan çıxdığı kibi, bu sülalə zamanında Azərbaycan ilə Şərqi Qafqasiya daha ziyadə türk­ləş­mişdir. Səfəvi şahları İran ilə Anadolunun müxtəlif nöqtələrinə atıl­mış türk əşirət­lə­rini mərkəzi-hökumətləri bulunan Azərbaycan ilə Arran səmtlərinə cəlb ilə birləş­di­ri­yorlardı ki, Ərdəbil həvalisi ilə Muğanda məskun Şahsevən qəbilələri bu surətlə vücuda gəlmişlərdir.(ardı var).

 

 

 

 

 

 

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rakkanın 30 faizi İŞİD-dən təmizlənib
20.07.2017, 22:30

Rakkanın 30 faizi İŞİD-dən təmizlənib

Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur? - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN
20.07.2017, 22:23

Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur? - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN

4 ildən bir çıxan qəzet - MARAQLI   
20.07.2017, 22:20

4 ildən bir çıxan qəzet - MARAQLI  

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi
20.07.2017, 22:13

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

Kanalda batan şəxsin cəsədi tapılıb
20.07.2017, 21:57

Kanalda batan şəxsin cəsədi tapılıb

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
20.07.2017, 21:45

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bərdə bazarında 12 mağaza yandı - Video
20.07.2017, 21:29

Bərdə bazarında 12 mağaza yandı - Video

Kral oğlunun həbsinə göstəriş verdi
20.07.2017, 21:13

Kral oğlunun həbsinə göstəriş verdi

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
20.07.2017, 20:57

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Küveyt İran səfirini ölkədən çıxarır
20.07.2017, 20:45

Küveyt İran səfirini ölkədən çıxarır

Qanunsuz ağac kəsən öldü
20.07.2017, 20:31

Qanunsuz ağac kəsən öldü

Paytaxtdakı qəza ilə bağlı rəsmi məlumat: Sürücülər sərxoş olmayıb
20.07.2017, 20:14

Paytaxtdakı qəza ilə bağlı rəsmi məlumat: Sürücülər sərxoş olmayıb

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI, RƏSMİ
20.07.2017, 20:00

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI, RƏSMİ

Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi ilə görüşüb
20.07.2017, 18:58

Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi ilə görüşüb

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var
20.07.2017, 18:47

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var

Prezident İlham Əliyev Firudin Hacıyevi ordenlə təltif edib
20.07.2017, 18:39

Prezident İlham Əliyev Firudin Hacıyevi ordenlə təltif edib

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı
20.07.2017, 18:30

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı

Azərbaycan prezidenti Belçika kralını təbrik edib
20.07.2017, 18:14

Azərbaycan prezidenti Belçika kralını təbrik edib

Müəllimlərin işə qəbulunda YENİLİK   
20.07.2017, 17:57

Müəllimlərin işə qəbulunda YENİLİK  

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
20.07.2017, 17:43

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

ADU-nun rektoru Kamal Abdulla Koreyanın səfiri ilə görüşüb
20.07.2017, 17:38

ADU-nun rektoru Kamal Abdulla Koreyanın səfiri ilə görüşüb

2017-ci ildə uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb
20.07.2017, 17:36

2017-ci ildə uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

Dolların sabahkı MƏZƏNNƏSİ
20.07.2017, 17:17

Dolların sabahkı MƏZƏNNƏSİ

Deputat prezidentə təşəkkür etdi
20.07.2017, 17:14

Deputat prezidentə təşəkkür etdi

Ukraynadan Azərbaycana toyuq əti gətirənlərə cinayət işi açıldı
20.07.2017, 17:02

Ukraynadan Azərbaycana toyuq əti gətirənlərə cinayət işi açıldı

Nazirlikdən "Android” tipli telefon istifadəçilərinə xəbərdarlıq
20.07.2017, 16:59

Nazirlikdən "Android” tipli telefon istifadəçilərinə xəbərdarlıq

Hansı deputatlar qanun layihəsi hazırlayıblar... - II YAZI  
20.07.2017, 16:57

Hansı deputatlar qanun layihəsi hazırlayıblar... - II YAZI  

Qarabağda doğulan ermənilərin sayı kəskin azalıb
20.07.2017, 16:57

Qarabağda doğulan ermənilərin sayı kəskin azalıb

Ev ala bilməyən alimlərdən ETİRAZ...
20.07.2017, 16:47

Ev ala bilməyən alimlərdən ETİRAZ...

Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat edib
20.07.2017, 16:45

Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat edib

Trampı dəstəkləyənlərin  88%-i yenə ona səs verərdi
20.07.2017, 16:45

Trampı dəstəkləyənlərin  88%-i yenə ona səs verərdi

Azərbaycandakı əmək pensiyaçılarının sayı açıqlanıb   
20.07.2017, 16:44

Azərbaycandakı əmək pensiyaçılarının sayı açıqlanıb  

Əvəz Ələkbərova “Əməkdar müəllim” fəxri adı verildi
20.07.2017, 16:38

Əvəz Ələkbərova “Əməkdar müəllim” fəxri adı verildi

İqtisadi cinayət törədənlərə həbs cəzası deyil, cərimələr kəsiləcək   
20.07.2017, 16:27

İqtisadi cinayət törədənlərə həbs cəzası deyil, cərimələr kəsiləcək  

Aytənlə Elvinə niyə ev verilməyib? - AÇIQLAMA
20.07.2017, 16:11

Aytənlə Elvinə niyə ev verilməyib? - AÇIQLAMA

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.58%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(66.6%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(4.76%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(3.17%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(23.8%)