22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - “İntihar edənlər böyük günah qazanır və dinə görə, böyük əzaba məhkumdurlar” - Hacı Şahin
“İntihar edənlər böyük günah qazanır və dinə görə, böyük əzaba məhkumdurlar” - Hacı Şahin
17.03.2017, 14:32

Gənc yazar Mövlud Mövludun intiharı onu tanıyanlar, həmkarları arasında şok effekti yaradıb. Kimisi ona haqq qazandırır, kimisi də bu hərəkətini iradəsizliklə əlaqələndirir. Bəs dinimiz nə deyir?

 

“Özünüzü öldürməyin”

 

Modern.az-ın məsələ ilə bağlı sualını Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi, Məşədi-Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırıb. O qeyd edib ki, intihar etmək Allaha inamsızlığın əlaməti kimi qəbul edilə bilər:

 

“İntiharı doğuran başlıca amil psixoloji səbəblərdir və çoxunun həyat haqqında dolğun təsəvvürlərə malik olmamasından qaynaqlanır. Bəzən insanların həyatdan gözləntiləri həddindən çox olur. Bu gözləntilər doğrulmayanda intihara əl atırlar. Qurani-Kərim insanlara həyat haqqında düzgün təsəvvür bəxş edir. Orada qeyd edilir ki, “biz insanı çətinlikdə yaratdıq”. Çətinlik həyatın fəlsəfəsidir. Çətinliklər insanın mənəvi baxımdan təkmilləşməsinə, kamilləşməsinə xidmət edir. Bunlar Allah tərəfindən verilmiş sınaqlardır. İnsan bu sınaqları keçdikcə möhkəmlənir və şəxsiyyət kimi formalaşır. Biz həyata bu baxışla baxarıqsa, ümidsizliyə qapılmarıq. İntihar ümidsizlikdən doğur, insanın zəifliyinin əlamətidir. Ona görə də dinimiz bu halı məzəmmət edir. Qurani-Kərimdə belə bir ayə də var ki, “özünüzü  öldürməyin”.

 

“İntihar günahdır!”

 

İlahiyyatçı deyib ki, intihar edən şəxsin həmin an psixi durumunu da nəzərə almaq lazımdır:

 

“Əgər o an şəxsin psixi durumu normal deyilsə, dinimiz tərəfindən buna güzəşt olunur. Şüurlu şəkildə intihara gedən insan böyük günah qazanır və dinimizdə var ki, bu insanlar böyük əzaba məhkumdurlar. İntihar heç bir halda çıxış yolu deyil.

İnsan bu dünyaya imtahan olunmaq üçün gəlir. Bizim aqibətimiz Allaha bəllidir. İmtahan dedikdə, insanın mübarizə aparıb təkmilləşməsi nəzərdə tutulur. İnsanın daxilində elə gizli istedadlar var ki, çətinliklər dövründə üzə çıxır. Bu zaman biz möhkəmlənirik. Həyatın müvəqqəti, qarşıda axirət dünyasının olduğunu düşünən insan, ən ağır anlarında belə, bu çətinliklərin fəlsəfəsini anlayaraq intihara yol verməz. İntihar, Allahın insana verdiyi həyat nemətlərinə qarşı naşükürlükdür. Çünki həyat özü Allahın verdiyi nemətdir. Dinimiz bütün sıxıntı və sevinclərilə həyatı sevməyi tövsiyə edir. Həyatın nemət olduğunu qavrayan insan heç vaxt həyatına qəsd etməz. Bu baxımdan intihar günah sayılır”.

 

“Zəngin insanlara verilən var-dövlət imtahandır”

 

Hacı Şahin Həsənlinin “bu sınaqlar yalnız bir qrup insan üçünmü nəzərdə tutulub? Niyə zəngin insanların bu cür sınaqları az olur” sualına cavabı belə olub:

 

“İmtahan deyildiyində təkcə problemlər, bəlalar nəzərdə tutulmur. Var-dövlət, sağlamlıq, gənclik özü də imtahandır. Yəni, imtahan dedikdə, bizə verilən nemət və bəlalar müqabilində tutduğumuz mövqe nəzərdə tutulub. Sərvət özü də imtahandır. İnsan onu necə sərf edəcəyini dərk etməlidir.

Statistik rəqəmlər göstərir ki, maddi yaşam səviyyəsinin yüksək olduğu ölkələrdə intiharların sayı daha çoxdur. Maddi baxımdan yaxşı təmin olunmuş insanlar arasında intihar edənlər, kasıb və ehtiyaclı insanlar arasında intihar edənlərdən az deyil. Bəzi məqamlarda hətta çoxdur. Mən intiharın sosial məsələlərlə bağlılığının tərəfdarı deyiləm. İlkin olaraq insanların psixoloji vəziyyəti araşdırılmalıdır”.

 

İntihar edən dindarlar...

 

Dindarlar arasında intihar hallarına gəlincə, Hacı Şahin Həsənli bununla rastlaşmadığını deyib:

“Hətta dindar intihar etsə belə, bu, onun imanın zəif olmasına dəlalət edir. Kamil imanı olan, Allaha qəlbən inanan insan intihara əl atmaz. Əl atıbsa belə, imanı zəifdir. Mən bu halda qınamaq istəmirəm. Çünki qınamaq yaxşı hal deyil. İnsanların düşdüyü vəziyyəti bilmədən onu qınamaq olmaz. Amma dinimiz buyurur ki, insan ən çıxılmaz vəziyyətdə belə, Allaha arxalanmalı və çıxış yolları axtarmalıdır. Kim Allahdan çəkinərsə, biz ona çıxış yolu göstərərik. Çalışaq ki, cəmiyyətimizə məhz bu fəlsəfəni aşılayaq. Eyni zamanda tərbiyə zamanı diqqətli olaq ki, nəticələr ağır olmasın”.

 

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Separatçı rejimdə çevriliş - Video
22.11.2017, 00:43

Separatçı rejimdə çevriliş - Video

İraqdakı partlayışda 32 nəfər öldü
22.11.2017, 00:31

İraqdakı partlayışda 32 nəfər öldü

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar
22.11.2017, 00:14

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI
21.11.2017, 23:59

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil
21.11.2017, 23:44

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil

Tovuz sakinindən maraqlı ixtira - Video
21.11.2017, 23:18

Tovuz sakinindən maraqlı ixtira - Video

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı
21.11.2017, 23:02

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO
21.11.2017, 22:46

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO

Deputat tələbələrin problemlərinin həllini istəyir
21.11.2017, 22:30

Deputat tələbələrin problemlərinin həllini istəyir

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb
21.11.2017, 22:14

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi
21.11.2017, 21:57

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib
21.11.2017, 21:43

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte
21.11.2017, 21:29

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi
21.11.2017, 21:16

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI
21.11.2017, 21:00

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı
21.11.2017, 20:42

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı

Zimbabve prezidenti istefa verdi - Video
21.11.2017, 20:28

Zimbabve prezidenti istefa verdi - Video

Paytaxtın bu rayonu qazsız qalacaq
21.11.2017, 20:02

Paytaxtın bu rayonu qazsız qalacaq

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib
21.11.2017, 19:50

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib

Ən təhlükəli parollar açıqlandı
21.11.2017, 18:58

Ən təhlükəli parollar açıqlandı

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”
21.11.2017, 18:52

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ
21.11.2017, 18:41

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”
21.11.2017, 18:21

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”

Jirinovski Rusiya prezidenti olmaq istəyir
21.11.2017, 18:04

Jirinovski Rusiya prezidenti olmaq istəyir

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”   
21.11.2017, 17:59

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”  

BDU müəllimlərin maaşını qaldırdı
21.11.2017, 17:53

BDU müəllimlərin maaşını qaldırdı

Saakaşvilinin işinə baxan hakim qovuldu
21.11.2017, 17:51

Saakaşvilinin işinə baxan hakim qovuldu

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü   
21.11.2017, 17:39

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü  

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi
21.11.2017, 17:31

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”
21.11.2017, 17:27

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”

Amerikalı alim Aşıq Şəmşir muzeyində
21.11.2017, 17:19

Amerikalı alim Aşıq Şəmşir muzeyində

Dolların sabahkı məzənnəsi
21.11.2017, 17:19

Dolların sabahkı məzənnəsi

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…
21.11.2017, 17:07

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…

Misir Kiprdəki tarixi əsərləri geri alır
21.11.2017, 17:07

Misir Kiprdəki tarixi əsərləri geri alır

21.11.2017, 16:51

"Bəzi nazirlikləri ləğv etmək vaxtıdır" - ZAHİD ORUC

ARXİV