26 may 2017, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Azərbaycanlı alimin Əfqanıstan barəsindəki tədqiqat əsəri çap olundu
Azərbaycanlı alimin Əfqanıstan barəsindəki tədqiqat əsəri çap olundu
28.03.2017, 09:33

Tanınmı şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) baş elmi işçisi Məsiağa Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” adlı kitabı çapdan çıxıb.

Modern.az xəbər verir ki, kitabda təqribən qırx illik dövrdə – 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıstanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur.

Müvafiq fəsillərdə “Aprel inqilabı” ərəfəsində Əfqanıstanda vəziyyət, SSRİ-nin Əfqanıstana hərbi təcavüzünün gedişi və nəticələri, işğal illərində ölkədə gedən hərbi-siyasi proseslər, silahlı əfqan müxalifətinin tərkibindəki qruplaşmalar, Sovet qoşunlarının çıxarılmasından sonrakı mərhələdə baş verən olaylar, mücahidlər və Taliban hakimiyyəti dövründəki durum və nəhayət, ABŞ-ın Əfqanıstana müdaxiləsinin doğurduğu situasiya təhlil edilir. Bütün bu məsələlər Böyük oyunun yeni mərhələsi kimi – Əfqanıstanda regional və qlobal güclərin geosiyasi mübarizəsi kontekstində nəzərdən keçirilir.

Beş fəsil, giriş və nəticədən ibarət olan kitabda həmçinin vurğulanır ki, son onilliklərdə Əfqanıstanda baş verənlərin öyrənilməsi təkcə həmin ölkənin müasir tarixi və beynəlxalq əlaqələri baxımından deyil, qlobal siyasətin açar məqamlarından birinin aydınlaşdırılması, günümüzdə regionda və dünyada cərəyan edən hadisələrin adekvat dərki nöqteyi-nəzərindən də əhəmiyyət daşıyır. Tədqiqat işində  proseslərin hələ də bitmədiyi və  regionda hansı düzənin formalaşacağı bəlli olmadığından 2001-ci ildən sonra Əfqanıstan və onun ətrafında baş verən hadisələrdən ümumi şəkildə bəhs edilmiş, əsas diqqət onların köklərinin gizləndiyi əvvəlki dövrlərə verilmişdir və bu zaman ölkədəki durum daxili və xarici faktorların dialektikası əsasında nəzərdən keçirilib.

Nə üçün onilliklər keçsə də, Əfqanıstanda sülh və sabitlik bərqərar olmur? Nə üçün bütün siyasi dəyişikliklərə rəğmən, əfqan xalqı öz ölkəsində dinc birgəyaşayışın formulunu tapa bilmir? Nə üçün çoxsaylı beynəlxalq səylər Əfqanıstan düyününün açılmasına gətirib çıxarmır?

Kitabda bu və digər suallara cavab tapılmasına cəhd göstərilib. Müəllif sonda  belə bir qənaətə gələrək qeyd edib ki, nəzərdən keçirilən dövrdə Əfqanıstanda yaşananlar qlobal və regional güclərin cari və strateji maraqlarının toqquşma meydanına çevrilmiş bir ölkənin başına gələnlərin ibrətamiz hekayətidir.  


Kitabın “Əlavələr” bölməsində mövzuya dair müxtəlif tipli, o cümlədən, vaxtilə məxfi sayılan sənədlər, xatirə, çıxış və müsahibələr verilib. Həmin materiallar müəllif tərəfindən dəri (fars), rus və ingilis dillərindən tərcümə edilib. “Personalia” bölməsində isə araşdırılan dövrdə Əfqanıstanın siyasi həyatında mühüm rol oynamış şəxsiyyətlərin bioqrafiyası təqdim olunub.

Qeyd edək ki, bu kitab Əfqanıstanın müasir tarixinə və beynəlxalq əlaqələrinə dair Azərbaycanda işıq üzü görən ilk araşdırmadır.        

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.05.2017, 09:31

Bakıda avtobus kişini necə vurub? - Rəsmi AÇIQLAMA

26.05.2017, 09:19

Hansı meyvəni xoşladığını de, xarakterini söyləyim - MARAQLI

26.05.2017, 09:15

Ermənistan atəşkəs rejimini 130 dəfə pozdu

26.05.2017, 09:12

Stalin Bakıya gələndə Bağırovdan həmin azərbaycanlını tapmağı niyə istəmişdi... - TARİX

26.05.2017, 09:05

Mançester terroruna görə 10-cu şübhəli də saxlanıldı

26.05.2017, 08:57

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

26.05.2017, 00:56

İki gündə 300 insan öldü

26.05.2017, 00:42

Bakıda daha bir ağır qəza: 2 ölü, 2 yaralı

26.05.2017, 00:27

Türkiyədə futbolçular ətrafında qalmaqal böyüyür

26.05.2017, 00:14

Əli Kərimlinin müavini saxlanılıb

25.05.2017, 23:57

Somali idmançıları tapılaraq ölkələrinə göndərilib

25.05.2017, 23:44

Mosul raket atəşinə tutulub: 101 ölü

25.05.2017, 23:28

ABŞ-da helikopter qəzaya uğrayıb

25.05.2017, 23:15

Sabiq müstəntiq kitab yazır

25.05.2017, 23:01

Almaniya kansleri Ərdoğandan jurnalisti azad etməyi xahiş edib

25.05.2017, 22:46

31 İŞİD silahlısı zərərsizləşdirilib

25.05.2017, 22:33

Kompüter oğrusu belə yaxalandı - VİDEO

25.05.2017, 22:18

Paytaxtda ağır qəza

25.05.2017, 22:04

Masallıda 35 ev qəzalı vəziyyətə düşdü: sakinlər evakuasiya olunur

25.05.2017, 21:34

Sabiq baş nazirin avtomobili partladıldı

25.05.2017, 21:17

Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb

25.05.2017, 21:05

Azərbaycan neft hasilatının azaldılmasına razılaşdı

25.05.2017, 20:51

Avtobus qəza törətdi: bomj öldü

25.05.2017, 20:37

Dənizdən meyit tapıldı: İtkin neftçilərdən ola bilər

25.05.2017, 20:29

Dağlıq Qarabağdakı status-kvo kövrəkdir

25.05.2017, 20:14

Gürcüstana  elektrik enerjisinin idxal-ixracı dayandırılıb

25.05.2017, 20:01

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

25.05.2017, 18:51

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25.05.2017, 18:46

Azərbaycanda helikopterlərə texniki xidmət servisi mərkəzi yaradılacaq

25.05.2017, 18:40

Türkiyə ordusu 7 hərbçisini itirdi

25.05.2017, 18:34

Prezident Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25.05.2017, 18:29

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:23

İlham Əliyev Gürcüstan prezidentini təbrik edib

25.05.2017, 18:19

Abbasəli Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

25.05.2017, 18:14

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

ARXİV