Modern.az

Almaniya referendumdan “Evet” çıxmasına REAKSİYA VERDİ 

Almaniya referendumdan “Evet” çıxmasına REAKSİYA VERDİ 

Dünya

16 Aprel 2017, 23:59

Almaniya Türkiyədə keçirilən referendumun nəticələrinə reaksiya verib.

 

Modern.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bildirib ki, referendumun nəticələrinə düşüncəli yanaşmaq lazımdır.

 

“Nəticədən asılı olmayaraq, bu, türk xalqının səsverməsi idi. Biz soyuqqanlı olmalı və düşüncəli hərəkət etməliyik. Seçkiqabağı mübarizə isə bitdi, xatırladım ki, bu kampaniya Almaniyada da aparılırdı".

 

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb.

 

 

Seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.

 

Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik